Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04
Rubrikalar

Meydana kişi voleybolçular atılır


Səs: Real audio
Təşkilatın Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üzrə Proqramının koordinatori Dilarə Babayeva: «Ötən il Azərbaycanda 16 yaşınadək 40.000 əlil uşaq qeydiyyatdan keçib» - Oktyabrın 7-də voleybol üzrə kişilər arasında «Top Komandalar Kuboku» nun seçmə qrup mərhələsinə start veriləcək. Turnirdə Azərbaycanı ölkə çempionu «Azərneft» klubu təmsil edəcək.



Voleybol Federasiyasının əməkdaşı Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, «Azərneft» Makedoniyanın «Rabotniçki», Albaniyanın «Tirana» və Kiprin «Nea Salamina» komandaları ilə qarşılaşacaq. Qrup mərhələsini ilk iki yerdə bitirən klublar turnirin İsveçrədə keçiriləcək ikinci mərhələsində iştirak etmək hüququ qazanacaq.



- Latviyada taekvando üzrə Avropa çempionatının startı verilib. Turnirdə Azərbaycan yığma komandası 10 idmançı – Zahid Məmmədov (54 kq), Elnur Amanov (58 kq), İlkin Şahbazov (62 kq), Fərqan Umudov (72 kq), Rəşad Əhmədov (78 kq), Təvəkkül Bayramov (84 kq), Şahrun Yusifova (47 kq), Arzu Bağırova (51 kq), Aynurə Məmmədova (55 kq) və Günay Ağakişiyeva (59 kq) ilə təmsil olunur.



- Almaniyada döyüş sənətləri üzrə Dünya Kuboku yarışları sona çatıb. 900-dən artıq idmançı medallar uğrunda mübarizə aparıb. Uşunun kompleks hərəkətlər növündə Azərbaycan idmançıları bir gümüş və bir bürünc, taekvando yarışlarında isə beş qızıl və iki bürünc medal qazanıblar.
XS
SM
MD
LG