Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:01

UNICEF Azərbaycanda əlil uşaqların sayının artdığını deyir<p align=`left`><br><br>


Səs: Real audio
Təşkilatın Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üzrə Proqramının koordinatori Dilarə Babayeva: «Ötən il Azərbaycanda 16 yaşınadək 40.000 əlil uşaq qeydiyyatdan keçib» SSRİ dağılandan sonra Mərkəzi və Şərqi Avropada, MDB məkanında və Baltik ölkələrində əlil uşaqların sayı dramatik şəkildə artıb.



Bu barədə BMT-nin uşaq təşkilatı - UNICEF-in yeni yayılmış hesabatında deyilir. Hesabata görə, Azərbaycan da daxil olmaqla, regionun 27 ölkəsində qeydə alınmış əlil uşaqların sayı 10 il ərzində üç dəfə artıb. Bu uşaqların çoxu isə ayrı-ayrı müəssisələrdə yaşayır.



«Qüsurlu uşaqlar keçid dövründə daha çox üzə çıxıb. Onların çoxu cəmiyyət tərəfindən təcrid olunur». Bunu UNICEF-in İnnocenti Araşdırma Mərkəzinin rəhbəri Marta Santos Pais deyir.



UNICEF-in Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üzrə Proqramının koordinatori Dilarə Babayeva isə Azərbaycanda qüsurlu uşaqlar üçün cəmiyyətdə çevik xidmətlərin olmadığını, yalnız bir neçə bölgədə xüsusi mərkəzlərin yaradıldığını deyir. Onun dediyinə görə, ötən il Azərbaycanda 16 yaşınadək 40.000 əlil uşaq qeydiyyatdan keçib.



UNICEF qüsurlu uşaqların cəmiyyətdən təcridinə son qoymağa, həmin ailələrə sosial müavinətləri artırmağa, valideynləri uşaqlarına dair qərarların verilməsində daha yaxından iştirak etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG