Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:37

«Azadlıq» blokunun qərargahı qarşısında toqquşma olub


Səs: Real audio
Piketçilər Rəsul Quliyevin Azərbaycana qayıtmasına etiraz edirdilər Oktyabrın 6-da bir qrup şəxs «Azadlıq» blokunun Seçki Qərargahının yerləşdiyi Demokrat partiyasının qarşısında piket keçirməyə cəhd edib.



Seçki Qərargahının rəhbəri Pənah Hüseynin sözlərinə görə, piketçilər binaya basqın etmək istəyirmişlər:



«Bu hadisəni ona görə basqın adlandırıram ki, həmin şəxslərin əllərində taxta dəyənəklər vardı, maşınları əzmək istəyirdilər, onların qarşısını almaq istəyəndə bir neçə adam xəsarət aldı».



Əllərində «Rəsul Quliyev Azərbaycana qayıtmasın» şüarı tutan piketçilər «Yeni Sabah» təşkilatında birləşmiş keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin [OMON] üzvləri oduqlarını deyirdilər.



Nərimanov rayon Polis İdarəsindən hadisənin araşdırıldığı bildirilib.



Hadisəni təxribat kimi qiymətləndirən «Azadlıq» bloku hüquq-mühafizə orqanlarına müraciət edib. Daxil İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirdi ki, müraciət varsa, polis araşdırma aparacaq.



«Azadlıq» bloku hadisəylə bağlı Mərkəzi Seçki Komissiyası və hüquq-müdafiə təşkilatlarına da müraciət edib.
XS
SM
MD
LG