Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

MDB-dən 150-dən artıq müşahidəçi var


Səs: Real audio
Vladimir Ruşaylo seçki zamanı neytral mövqe tutacaqlarını da bildirir Oktyabrın 6-dan fəaliyyətə başlamış Müstəqil Dövlətlər Birliyinin (MDB) Monitorinq Missiyasının tərkibində 150-dən artıq müşahidəçi var. Amma bu rəqəm seçkiyədək arta da bilər.



Bu haqda MDB-nin İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylo Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşündə bildirib.



Missiyanın Bakı, Naxçıvan, Gəncə və Lənkəranda da regional bölmələri açılacaq. MDB-dən olan müşahidəçilər seçki öncəsi bütün rayonlarda monitorinq aparacaq, siyasi partiya və bloklardan olan və eləcə də bitərəf namizədlərlə görüşlər keçirəcək, noyabrın 6-da isə bütün 125 dairədə səsvermənin gedişini izləyəcəklər.



V.Ruşaylo seçki zamanı neytral mövqe tutacaqlarını da bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG