Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:19

<i>«525-ci qəzet»</i>: «AŞPA-da Dağlıq Qarabağ üzrə alt komitənin toplantısı keçirildi»


Səs: Real audio
Qurumun xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner: «Mən azərbaycanlılara aydın demişəm ki, onlar mövqelərini dəyişməsələr, biz irəliyə yalnız Ermənistan və Gürcüstanla gedəcəyik» «Yeni Azərbaycan» qəzetindəki «Türkiyənin AB-a üzv olmasının bütün dünya üçün böyük əhəmiyyəti var» başlıqlı məqalədə İradə yazır ki, Avropa Birliyinin Türkiyə ilə tarixi müzakirələrə başlaması dünyanın siyasi mənzərəsini dəyişəcək görüntüləri hiss etdirməyə başalyıb.



Müəllif yazır ki, ilk növbədə Türkiyənin AB-a üzvlüyünü mədəniyyətlərin toqquşması kimi izah edən və bu tezisi dəstəkləyənlər öz iddialarında yanıldıqlarını deyirlər. Həm AŞPA, həm ATƏT, həm də br sıra Avropa ölkələri Türkiyə ilə danışıqların başlanmasını mütərəqqi addım hesab edirlər.



«525-ci qəzet»dəki «AŞPA-da Dağlıq Qarabağ (DQ) üzrə alt komitənin toplantısı keçirildi» başlıqlı məqalədə Gündüz yazır ki, Azərbaycan və Ermənistan nümayəndə heyətinin iştirakı ilə keçirilən iclasa alt komitənin rəhbəri Lord Rassel Conston rəhbərlik edib. Məqalədə bildirilir ki, toplantıda Azərbaycanı Səməd Seyidov və Asim Mollazadə təmsil ediblər. Müəllif yazır ki, DQ münaqişəsi ilə bağlı məsələ AŞPA-nın qış sessiyasının gündəliyinə salınıb, komitənin toplantısı da bu müzakirələrə hazırlıq məqsədi ilə keçirilib.



Məqalə müəllifinin fikrincə, Azərbaycana bu problemin həlli ilə bağlı çoxsaylı müzakirələr lazım deyil. İndiyə qədər qəbul olunmuş sənədlərdən ən tutarlılarının, məsələn, BMT-nin qüvvədə olan qətnamələrinin icrasına nail olmağa nə beynəlxalq təşkilatlar, nə də Azərbaycan hökuməti hələlik cəsarət etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG