Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:29

«Azadlıq» blokunun liderləri bölgələrə səfərə çıxdılar


Səs: Real audio
Qurumun xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner: «Mən azərbaycanlılara aydın demişəm ki, onlar mövqelərini dəyişməsələr, biz irəliyə yalnız Ermənistan və Gürcüstanla gedəcəyik» İlk dayanacaq Qazax oldu



AXCP, Müsavət və ADP-in yaratdığı "Azadlıq" bloku ilk dəfədir ki, liderlərinin iştirakı ilə Azərbaycanın bölgələrində mitinqlər keçirir.



Bölgələrdə mitinqlərə Qazaxdan başlandı. Aksiya icazəli olduğundan paytaxtdakı mənzərə burada təkrarlanmadı. Amma təşkilatçıların dediklərinə görə, o, çətin başa gəlib. Yəni, 10 gün rayon rəhbərliyi ilə danışıqlar aparılandan, Prezident Aparatının məsələyə qarışmasını istədikdən sonra nəhayət ki, mitinq üçün yer ayrılmasına nail ola biliblər.



Qazaxda mitinq bitəndən sonra blok liderləri Şəhidlər Xiyabına əklil qoymaq istəyirdilər. Ancaq polis bu cəhdin qarşısını aldı və əvvəlcə rayon icra hakimiyyətindən icazə almalı olduqlarını bildirdi. Eyni hal Ağstafada da təkrarlandı.



Mitinq keçirilən meydana gedən əsas maşın yolu kəsilmişdi. ATƏT-in uzunmüddətli müşahidəçiləri bunun səbəbini soruşanda, polis yol təmir olunduğu üçün onu bağlamaq məcburiyyətində qaldıqlarını bildirdi. Onda ATƏT müşahidəçiləri polis sədrinin müavininə belə bir sual verdilər ki, əgər yol təmirdədirsə, onda niyə mitinq başlamamışdan cəmi 15 dəqiqə əvvəl bağlanıb.



Şahidlərin dediklərinə görə, hətta Tovuzda şəhərin mərkəzinə gedən tunnelə oktyabrın 4-dən maşınlarla su gətirib boşaldıblar. Həmin anda "Human Raght Watch" təşkilatının nümayəndəsi də orda olub. Bura niyə su boşaldığldıını soruşanda, ona tunnelin yuyulduğunu deyiblər.



Aksiyalardan heç biri şəhər mərkəzində keçirilməyib. Qazaxda mitinqə daha az adamın gəldiyi, Ağstafa və Tovuzda isə əhalinin nisbətən daha fəal olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG