Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:49

«YeS» «Azadlıq» blokuna əməkdaşlıq sazişi göndərdi


Səs: Real audio
Pənah Hüseyn: «Sənədi müzakirə etmək sədrlərin səlahiyyətindədir» Milli İstiqlal, Milli Hərəkat və Sosial Demokrat partiyalarının yaratdığı «Yeni Siyasət» («YeS») seçki bloku «Azadlıq» blokuna əməkdaşlıqla bağlı saziş göndərib. Qarşı tərəf hələlik sənədə münasibət bildirməyib. «Azadlıq» blokunun Seçki Qərargahının rəhbəri Pənah Hüseyn deyir ki, bu sazişi müzakirə etmək sədrlərin səlahiyyətindədir: «Onlar isə bölgələrə səfərə çıxdıqları üçün bu məsələyə həftəsonu münasibət bildirmək olar».



«Yeni Siyasət» blokunun göndərdiyi sənəddə seçkiöncəsi ola biləcək qanun pozuntularına və eləcə də seçki günü baş verə biləcək saxtakarlıqlara qarşı birgə mübarizə aparmaq, hər iki blokdan olan namizədlərin bir-birinə qarşı anti-təbliğatdan çəkinməsi təklif olunur.



Bir müddət öncə belə bir sazişlə «Azadlıq» bloku «Yeni Siyasət»ə müraciət etmişdi. Amma o zaman blok bu sənədi bəyənməmiş, yenisini hazırlayacağını bəyan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG