Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:53
Rubrikalar

«Xəzər neftinin Şimali Avropa ölkələrinə nəqli ehtimalı realdır»


Səs: Real audio
Məhazir Pənahov rəhbərlik etdiyi qurumun siyasi proseslərdən kənarda qalmaq istədiyin deyir - Bunu Latviyanın iqtisadiyyat naziri Krişyanis Karinş bildirib.



Onun sözlərinə görə, neft Qazaxıstan və Azərbaycanın neft yataqlarından başlanan kəmərlə Gürcüstana, oradan gəmiylə Ukraynaya, daha sonra isə Belarus və Latviyadan keçməklə yenə gəmiylə şimali Avropa ölkələrinə daşına bilər.



Nazir bildirib ki, bundan ötrü yalnız Belarusda 100 kilometr uzunluğunda kəmər tikmək lazımdır. Cənab Karinş bu təkliflərə Ukraynının neft şirkətlərinin və BTC şirkətinin nümayəndələrinin də müsbət yanaşdıqları deyib. Amma onun bildirdiyinə görə, bu məsələ hələ yalnız ideya şəklində mövcuddur və onun həyata keçməsinə gərək bütün aidiyyəti dövlətlər razılıq versin.



- Sumqayıtda "Hamı yerli mal alsın, xeyir Vətənə qalsın!" devizi altında yarmarka keçirilib. Yarmarkada ölkənin 40-dan çox şəhər və rayonunu təmsil edən 200-ə qədər müəssisə iştirak edib. Yarmarkadakı qiymətlər bazar qiymətlərindən 20 faiz aşağı olub. Yarmarka "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" prezident fərmanına uyğun təşkil edilib.



- Oktyabrın 5-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 592, 1 avro 5 483, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG