Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:19

Dövlət Departamenti Bakıda baş verənlərdən narahatdır<p align=`left`><br><br>


Səs: Real audio
Məhazir Pənahov rəhbərlik etdiyi qurumun siyasi proseslərdən kənarda qalmaq istədiyin deyir ABŞ Dövlət Departamenti Azərbaycanda son iki həftə ərzində baş vermiş zorakılıqları sərbəst toplaşma azadlığının inkişafından geriyə atılan narahatedici addım kimi qiymətləndirib. ABŞ höküməti sərbəst toplaşma azadlığı ilə bağlı razılığa gəlmək üçün Azərbaycan iqtidarı və müxalifətini danışıqlar masasına qayıtmağa çağırıb.



Dövlət Departamentinin “Azadlıq” radiosuna verdiyi açıqlamasında deyilir ki, sərbəst toplaşma azadlığı fundamental insan hüququ, istənilən demokratik seçkinin ən vacib hissələrindən biridir və buna görə də həmin azadlıq üstün tutulmalıdır.



Birləşmiş Ştatlar son iki həftə sonu baş verən hadisələri, o cümlədən zorakılığı, indiyə qədər alqışladığı sərbəst toplaşmaq azadlığı sahəsindəki inkişafdan geriyə atılan narahatedici addım kimi görür.



“Biz seçkilərə dörd həftə qalmış Azərbaycan iqtidarı və müxalifətini danışıqlar masasına qayıtmağa, bir daha sərbəst toplaşma azadlığının tələblərinə, söz və ruhuna sadiqlik nümayiş etdirməyə çağırırıq” – deyə, açıqlamada bildirilir.
XS
SM
MD
LG