Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:08

Nəriman Qasımoğlu: «Orucluq heç də hamıya aid deyil»


Səs: Real audio
«Müqəddəs kitabda deyilir ki, tab gətirməyənlər oruc tutmamalıdırlar» Oktyabrın 5-i Ramazan ayının ilk günüdür. Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Din və İctimai Fikir Şöbəsinin müdiri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədr müavini Hacı Abutalıb Məmmədov deyir ki, oruc insanın Allaha minnətdarlıq niyyətilə icra etdiyi bir ibadətdir.



O, əlavə edir ki, orucu bilməyərəkdən pozanlar Ramazan ayından sonra hər hansı bir gün onun əvəzini tuturlar.



Cənab Məmmədov deyir ki, oruc tutmaq təkcə qida qəbul etməkdən, siqaret və s.dən özünü saxlamaqan ibarət deyil: «Oruc tutan şəxs eyni zamanda pisliklərdən də çəkinməlidir». Onun sözlərinə görə, oruc tutanla tutmayan öz hərəkətlərində bir-birini nəzərə almalı, digərini hansısa hərəkətilə narahat etməməlidir.



Dinşünas alim Nəriman Qasımoğlu isə deyir ki, orucluq müsəlmanlar üçün əsas ibadətlərdən biri olsa da, heç də hamıya aid deyil: «Müqəddəs kitabda qeyd olunur ki, tab gətirməyənlər oruc tutmamalıdırlar. Bu ifadə çox ağır fiziki işlə məşğul olanlara, həbsdə işgəncələrə məruz qalanlara, xəstə olanlara və hətta orucu tutmaqda həqiqətən də çətinlik çəkənlərə şamil edilə bilər».



Ancaq onlar da oruc tutmadığı günlərin əvəzini ödəyə bilərlər.



Cənab Qasımoğlu deyir ki, Ramazan ayında səfərə çıxanlar da oruc tutmadığı günün əvəzini başqa günlərdə ödəyə bilərlər. «Ancaq bütün bunlar heç də o demək deyil ki, oruc tutmayanlar üçün müqəddəs kitabda hansısa cəza nəzərdə tutulur» - deyə, o vurğulayır.



Oruc tutan insanlar Ramazan ayının əvvəlindən axırına qədər səhər yeməyini sübh namazından əvvəl, şam yeməyini isə axşam namazından sonra yeyirlər. Aradakı müddət ərzində onlar qidadan və sudan imtina edir, siqaret və s.dən nəfslərini qoruyurlar. Yeməyə başlamazdan əvvəl isə iftar duası oxunulur.



Qafqaz Müsəlmanları İdarəsi imsaq (səhər yeməyi) və iftarın (axşam yeməyi) vaxtını göstərən cədvəl tərtib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG