Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:26

Neft kəmərlərinin mühafizəsi üçün 800 nəfərlik əsgəri qüvvə cəlb edilib


Səs: Real audio
Prezident hərbi sahəyə ayrılan xərclərin getdikcə artırılacağını bildirir Azərbaycan neftini dünya bazarlarına çıxaran kəmərlərin mühafizəsi üçün ümumilikdə 800 nəfərə yaxın əsgəri qüvvə cəlb edilib.



Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vahid Axundov məlumat verib. Ölkə prezidenti İlham Əliyevin xidmətin şəxsi heyəti ilə görüşündə çıxış edən cənab Axundov bildirib ki, Səngəçal terminalının, Bakı-Supsa, Bakı-Novorossiysk və Bakı-Ceyhan kəmərlərinin qorunması üçün xidmətin ölkə boyu 8 regional şöbəsi yaradılıb. Prezident İlham Əliyev isə kəmərlərin mühafizəsi işinin yüksək səviyyədə təşkili üçün xüsusi avadanlıqların alındığını bildirib.



Dövlət başçısı deyib ki, neft kəmərlərinin qorunması Xüsusi Dövlət Mühafizə Xidmətinin üzərinə böyük məsuliyyət qoyur. O, bunun üçün büdcədən lazımi qədər vəsait ayrıldığını söyləyib.



Prezident ümumiyyətlə hərbi sahəyə ayrılan xərclərin getdikcə artırılacağını bildirib. İlham Əliyev deyib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar gedir, ancaq ortada nəticə yoxdur. Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün sülh danışıqları aparmaqla yanaşı, ordunu da gücləndirməlidir.



Prezident oktyabrın 5-də həmçinin «Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının döyüş bayrağı haqqında Əsasnamə»nin və «Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının döyüş bayrağının təsviri»nin təsdiq edilməsi barədə fərman imzalayıb.
XS
SM
MD
LG