Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:13

<i>«525-ci qəzet»</i>: «ABŞ-ın Dağlıq Qarabağın müstəqilliyini tanıması mümkün deyil»


Səs: Real audio
Buna Ramazan ayının başlamasının səbəb olduğu bildirilir «525-ci qəzet»dəki «Rəsmi Vaşinqtonun Dağlıq Qarabağın (DQ) müstəqilliyini tanıması mümkün deyil» başlıqlı məqalədə Gündüz yazır ki, ABŞ Dövlət Departamentinin ermənipərəst konqresmenlərə cavabında belə deyilir. Məqalədə bildirilir ki, buna baxmayaraq ABŞ-ın münaqişənin həllində Azərbaycanın maraqlarını müdafiə etməsi də hiss olunmur.



Müəllif yazır ki, bu, ölkə daxilindəki siyasi vəziyyətlə bağlı ola bilər. Yəqin elə bu səbəbdən də beynəlxalq təşkilatlar və xarici dövlətlər bu ilki parlament seçkisinin Azərbaycan üçün həyati əhəmiyyətə malik olduğunu söyləyirlər. Görünür, DQ münaqişəsinin həlli də daxil olmaqla Azərbaycanın maraqlarının müdafiə olunub-olunmayacağına seçkinin əhəmiyyətli dərəcədə təsir edəcəyi barədə deyilənlər reallığa tam yaxındır.



«Üç nöqtə» qəzetindəki «Avropa Şurası KİV-dəki ikinci monitorinqini açıqladı» başlıqlı məqalədə Pərviz Həşimli yazır ki, ötən nəticələrlə müqayisədə televiziyaların fəaliyyətində irəliləyişlər var. Qərəzsiz mətbuat orqanları sırasında «Üç nöqtə», «Azərbaycan müəllimi», «Nedelya», «Gün-səhər», «Ayna», «Zaman», «Novaya vremya», «Ekspress»,»Xəzər», «Exo» və «Zerkalo» qəzetlərinin adları sadalanır.



Hesabatda bildirilir ki, «Davranış Kodeksi»ni ən çox pozan mətbuat orqanları «Hürriyyət», «Təzadlar», «Reytinq», «Movqe», «Bizim soy», «Səs», «Yeni Müsavat», «Femida», «Realnıy Azərbaycan» və «Olaylar» qəzetləridir.



«Yeni Azərbaycan» qəzetindəki «Məkan sindromu» başlıqlı məqalədə bildirilir ki, son vaxtlar müxalifətin mitinq keçirməklə bağlı məkan axtarışına çıxmasının bir çox incəlikləri var. Bu məsələdə onların əsas məqsədi ölkədə qarşıdurma yaratmağa yönəlib. Məqalədə bildirilir ki, bir sıra ölkələrdə baş vermiş rəngli inqilabları özlərinə etalon edən müxalifət nümayəndələrinin yaxın keçmişdə Ukrayna, Gürcüstan və bir sıra Avropa ölkələrində gedən proseslərdən xəbərləri yoxdur.



Yazıda qeyd edilir ki, bir müddət öncə Almaniya Bundestaqı müxalifətin kütləvi aksiyalarına ciddi qadağalar qoydu, digər tərəfdən isə Ukrayna və Gürcüstanda belə tədbirlər məhdudlaşdırılır.
XS
SM
MD
LG