Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:29

«Dəyişikliklər Naminə Teatr»


Səs: Real audio
Buna Ramazan ayının başlamasının səbəb olduğu bildirilir Tələbələr öz universitet həyatlarından səhnələri "İmtahan" tamaşasında nümayiş etdirəcəklər. "Dəyişikliklər Naminə Teatr" adlı bu layihəni "British Council" həyata keçirir. Tamaşadakı hadisələr parlament seçkilərindən əvvəlki dövrdə baş verir.



"British Council"un marketinq üzrə meneceri Namiq Quliyevin sözlərinə görə, layihənin əsas məqsədi də məhz gənclər arasında seçkilər və demokratiya barədə təsəvvürün artırılmasıdır:



"Əsas məqsəd odur ki, gənclər, tələbələr seçki prosesində daha aktiv iştirak etsinlər, gedib səslərini versinlər və öz gələcəklərinə sahib çıxsınlar".



Tamaşa oktyabrın 7, 11 və 12-si Bakıda, oktyabrın 14-ü Sumqayıtda, 17-si Lənkəranda, 22-si Gəncədə və nəhayət oktyabrın 23-ü Mingəçevirdə keçiriləcək. Namiq Quliyev biletlərin pulsuz paylandığını deyir:



"Auditoriyaya heç bir yaş məhdudiyyəti qoymuruq. Kim istəyirsə, gəlib tamaşaya baxa bilər. Biletə görə heç bir pul götürmürük. Bakıda olan tamaşalar üçün dəvətnamələri "British Council"un ofisindən, digər şəhərlərdə isə oranın teatrlarından və Kimyaçılar Sarayından götürmək olar".
XS
SM
MD
LG