Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:23

«Arvadımın əri özüməm»


Səs: Real audio
Buna Ramazan ayının başlamasının səbəb olduğu bildirilir "İlham" Miniatür Teatrının hazırladığı yeni tamaşa belə adlanır



Tamaşanın təqdimatı oktyabrın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində olacaq. Həmsöhbətim sözü gedən tamaşanın quruluşçu rejissoru və baş rol ifaçısı İlham Namiq Kamaldır.



- Miniatür teatr nəğmə, rəqs fraqmentlərinin bir-birinə birləşməsilə insanların üzündə təbəssüm yarada-yarada düşünməyə vadar edir. Miniatür teatrın janrı belədir. Biz bu janrda bir çox müəlliflərin əsərlərinə müraciət etmişik. Bugünkü tamaşa isə osetin dramaturqu, rejissoru və aktyoru Georgi Xuqayevin "Arvadımın əri özüməm" qroteks tamaşasıdır. Tamaşanın quruluşçu rejissoru özüməm, baş rolda da iştirak edirəm. Tamaşanın bəstəkarı Aydın Əzimi, rəssamı Tahir Tahirovdur. Aktyorlardan Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Ruhiyyə Məmmədquliyeva, İlham Əsədov və bir neçə başqa sənətçilər də tamaşada iştirak edirlər. Qroteks janrıdır, yəni komediyanın ən yüksək mərhələlərindən biridir.



- Tamaşanın mərkəzində hansı ideya dayanır?



- Burada sırf pul hərisliyi, insanın 1 dəqiqənin içində varlanmaq arzusu göstərilir. Bir dəqiqənin içində varlanmaq arzusu hansı insanda varsa, o puçdur. Yəni bir dəqiqəyə heç kim varlana bilməz, heç kim dünyanı fəth edə bilməz. İnsanın qabilliyyəti, düşüncəsi, bacarığı varsa, o, pillə-pillə yüksəlməlidir. Bu tamaşada da bir dəqiqənin içində milyonçu olmaq xülyası Kazbek adlı qəhrəmanı çox pis vəziyyətə salır, ailədə o, gülünc vəziyyətə düşür. Və handan-hana başa düşür ki, həyatda ən gözəl şey elə öz ailəni qorumaqdır, ailəni qorumaq isə elə cəmiyyəti qorumaq deməkdir.



- İlham müəllim, təqdimatdan sonra da bu tamaşa nümayiş olunacaq?



- Bu ay bizdə bu tamaşa iki dəfə göstəriləcək. Bir oktyabrın 5-də, bir də 20-dən sonra.
XS
SM
MD
LG