Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:09

«Azadlıq» blokunun deputatlığa namizədləri aclığı dayandırdılar


Səs: Real audio
Buna Ramazan ayının başlamasının səbəb olduğu bildirilir Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının yaratdığı “Azadlıq” seçki blokunun deputatlığa namizədləri oktyabrın 4-də aclıq aksiyasını dayandırdılar.



Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub deyir ki, belə bir qərara "Cümə" Dini İcmasının rəhbəri İlqar İbrahimoğlunun müraciətindən sonra gəliblər. Onun sözlərinə görə, aksiyanı dayandırmaq xahişi ilə onlara həmçinin Müsavat, AXCP və Liberal partiyalarının sədrləri də müraciət ediblər.



"Cümə" Dini İcmasının rəhbəri İlqar İbrahimoğlu bildirir ki, bu müraciəti Ramazan ayının başlaması ilə bağlı edib: «Sabah Ramazan ayı başlayır. Xahiş etdik ki, bu ayın hörmətinə və milli və mənəvi dəyərlərə görə aksiya dayandırılsın».



“Azadlıq” blokunun deputatlığa namizədləri ədalətli parlament seçkisinin keçirilməsi, vətəndaşların sərbəst toplaşma azadlığının təmin edilməsi və s. tələblərlə sentyabrın 30-dan ADP qərargahında aclıq aksiyasına başlamışdılar. Namizədlər altı nəfərlik qruplarla bir-birini əvəzləyərək aksiyanı davam etdirirdilər.
XS
SM
MD
LG