Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:40

Mitinqin dağıdılmasına Qərbdən ilk cavab gəldi


Səs: Real audio
Avropa Şurası monitorinq qrupunun ikinci həftə üçün hesabatında belə deyilir "Birləşmiş Ştatlar və Avropa Birliyi vəziyyətin daha da pisləşməsini gözləməməli, seçkiqabağı müşahidə edilən açıq-aydın repressiya əlamətlərinə reaksiya verməlidir"



Oktyabrın 1-də polis "Azadlıq" blokunun icazəsiz mitinqinə çıxanları döyəndən üç gün sonra beynəlxalq aləmdən ilk etiraz gəlib.



BMT-də məsləhətçi statusu olan "Hyuman Rayts Votç" [HRW] təşkilatı elə bundan narahatlıq bildirir ki, Amerikadan, Avropa Birliyindən niyə səs çıxmır? Təşkilatın fikrincə, onlar aydın şəkildə bildirməlidirlər ki, prezident seçkilərində baş verənlər təkrarlansa, bunun real nəticələri olacaq. Sərbəst toplaşma insanların əsas hüquqlarından biridir, icazəsiz mitinq olanda, o demək deyil ki, polis nümayişçiləri döyməlidir.



Bakı Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev oktyabrın 1-də demişdi ki, onlarda aksiya iştirakçılarından xəsarət alanlar barədə məlumat yoxdur, əksinə, polis işçilərinə fiziki xəsarət yetirilib.



Daxili işlər naziri Ramil Usubov isə bu günlərdə keçirdiyi mətbuat konfransında deyib ki, aksiyalarla bağlı polis üçün maarifləndirmə işi aparılır, polisin etik normalara, peşə davranış qaydalarına əməl etməsi diqqət mərkəzindədir. Cənab Usubov bu qaydalara əməl etməyən polislərin işdən çıxarıldığını bildirib.



HRW-un nümayəndəsi isə polisin aksiya iştirakçılarını dəyənəklə döyməsinin, bir neçə etirazçının xəsarət almasının şahidi olub. Başından qan axan bir aksiya iştirakçısı HRW-un nümayəndəsinə deyib ki, polis ona və bir neçə müxalifətçiyə hücum edib, onları döyüb.



HRW-un Cənubi Qafqaz üzrə araşdırıcısı Matilda Boqner: "Mən deyə bilərəm ki, topladığım faktlar kifayət qədər aydındır. O da aydındır ki, hökumət sərbəst toplaşma azadlığına icazə verməlidir. Çünki sərbəst toplaşma azadlığı olmadan seçkinin azad və ədalətliliyini təmin etmək çox çətindir".



Matilda Boqner deyir ki, təşkilatın bu müraciəti etməkdə məqsədi insan haqlarının ölkələr arasında münasibətin əsasını təşkil etməsinə nail olmaqdır:



"Bəyanatın indi verilməsinin səbəbi odur ki, vəziyyət indi düzələ bilər. Biz vəziyyət pisləşəndən sonra bəyanat vermək məcburiyyətində qalmamaq üçün indi bu çağırışı edirik".



HRW-un Avropa və Orta Asiya üzrə direktoru Holli Kartnerin fikrincə, Birləşmiş Ştatlar və Avropa Birliyi vəziyyətin daha da pisləşməsini gözləməməli, seçkiqabağı müşahidə edilən açıq-aydın repressiya əlamətlərinə reaksiya verməlidir.



HRW-a görə, azərbaycanlılar arasında belə bir ümumi qorxu var ki, Birləşmiş Ştatlar bu ölkədə insan haqları pozuntularına reaksiya verməyəcək, çünki Vaşinqton özünün bu ölkəyə qoyduğu neft sərmayələri üçün sabitliyə üstünlük verir: "Birləşmiş Ştatlar aydın və uca şəkildə bildirməlidir ki, gələcək münasibətlər hökumətin insan haqlarıyla bağlı gördüyü işdən asılı olacaq. Noyabr seçkiləri isə bunun üçün bir sınaq olacaq".



Milli Məclisin insan haqları daimi komissiyasının sədr müavini Rəbiyyət Aslanova isə Birləşmiş Ştatlarla Azərbaycanın münasibətlərinin demokratik əsaslar üzərində qurulduğunu və heç bir qüvvənin bu münasibətlərə kölgə salmaq iqtidarında olmadığını deyir:



"Azərbaycan xalqı Amerikanın dünyada oynadığı böyük siyasəti çox yüksək qiymətləndirir. Və hesab edirəm ki, amerikalılar, Amerika dövləti və səfiri də Azərbaycanda demokratik islahatları müsbət qiymətləndirir... Biz bərabərhüquqlu tərəflərik və bərabərhüquqlu tərəflər biri-birinin dayağı olmalıdır, biri-birininə kömək hissi olmalıdır".



"Gün Səhər" qəzetinin şərhçisi Elxan Şa
XS
SM
MD
LG