Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:12

«Davranış Kodeksi»ni AzTV və «Səs» qəzeti daha çox pozur»


Səs: Real audio
Avropa Şurası monitorinq qrupunun ikinci həftə üçün hesabatında belə deyilir Seçki kampaniyasında Azərbaycan mətbuatının "Davranış Kodeksi"nə (DK) necə əməl etməsini araşdıran Avropa Şurası monitorinq qrupu oktyabrın 4-də ikinci həftə üçün hesabatını açıqlayıb. Hesabat 26 sentyabr-1 oktyabr dövrünü əhatə edir.



Sənəddə siyasi reklamın digər reklam və redaksiya materiallarından fərqləndirilməsi sahəsində müsbət irəliləyişin baş verdiyi bildirilir: «Yalnız AzTV və bəzi qəzetlər ödənişli seçki təşviqatının asanlıqla sezilməsini təmin etməyiblər».



Hesabatda bildirilir ki, qərəzsiz, vicdanlı və faktlara dayanıqlı yayımla bağlı fəaliyyətdə səngimə duyulsa və birbaşa qarayaxma hallarının azalması hiss olunsa da, bu, balanslı yayım şərtlərinin pozulması və hökumətin fəaliyyətinə üstün diqqət yetirilməsi hesabına baş verib. «Bu meyl xüsusən televiziyalarda və qismən dövlət qurumlarının təsis etdiyi mediada əksini tapır» -deyə, hesabatda vurğulanır.



Sənəddə AzTV pozuntuların toplam sayına görə liderdir, ancaq Lider TV-nin DK-nin 7-ci bəndini hamıdan çox pozduğu bəyan edilir.



Hesabatda qeyd edilir ki, dövlətdən maliyyələşən və ya dövlət qurumlarının təsis etdiyi qəzetlər qərəzsiz və faktsız, eləcə də qarayaxmaya meyllənən yazılara yer verməyiblər: «Cəmi iki qəzet – «Respublika» və «Xalq qəzeti» balanssız yazılara yer ayırıb».



Qərəzsiz, vicdanlı və faktlara söykənən yazılarla bağlı öhdəliyi ən çox pozan qəzet isə hakim Yeni Azərbaycan Partiyasının mövqeyini dəstəkləyən «Səs» qəzetidir - 35 pozuntu.



Hesabatda bildirilir ki, Azərbaycan mediasında fakt qıtlığı yaşanır, heç bir qəzet sorğu məlumatı dərc etmir. «Elmi qurumların akademik araşdırmalarına, intensiv seçki sorğularına çox böyük ehtiyac var. Bu boşluq dolmayınca DK-nın prinsipial öhdəlikləri zaman-zaman, xüsusən seçki günü yaxınlaşdıqca daha çox pozulacaq» -deyə sənəddə bildirilir.



Avropa Şurası sentyabrın 19-dan kütləvi informasiya vasitələrinin iki aylıq monitorinqinə başlayıb. Qrup iyulun 13-də 40-a yaxın mətbuat və televiziya rəhbərinin imzaladığı «Azərbaycan KİV–nin seçki kampaniyası dövründə Davranış Kodeksi» adlı sənədə nə dərəcədə riayət olunduğunu müşahidə edəcək.
XS
SM
MD
LG