Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:33

Oktyabrın 5-də Ramazan ayı başlanır


Səs: Real audio
Oruc zamanı müsəlman yeməməli, içməməli, siqaret çəkməməli, yalan deməməli, cinsi yaxınlıqdan çəkinməli və başqa pəhriz şərtələrinə əməl etməlidir Oktyabrın 5-də müsəlmanların müqəddəs saydıqları Ramazan ayı başlanır. Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının bununla bağlı fitvasına, oruc tutanlar, yəni dini pəhriz saxlayanlar üçün cədvəl də daxil edilib. Fitvada qeyd edilir ki, Azərbaycan müsəlmanları oruc tutmağa oktyabrın 5-də Bakı vaxtı ilə səhər saat 6:31-də səhər namazı ilə başlaya bilərlər. Axşam saat 19:35-də, yəni iftar vaxtı isə oruc başa çatacaq. Ramazan ayı noyabrın 4-də Orucluq bayramı ilə başa çatacaq. Həmin gün Azərbaycanda rəsmi bayramdır, iş günü deyil.



Oruc tutulması müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir. Oruc zamanı müsəlman yeməməli, içməməli, siqaret çəkməməli, yalan deməməli, cinsi yaxınlıqdan çəkinməli və başqa pəhriz şərtələrinə əməl etməlidir. Din alimləri hesab edirlər ki, bu yolla insanda öz hisslərini cilovlamaq və kamilləşməyə çalışmaq vərdişi yaranır.
XS
SM
MD
LG