Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:57

BMT-də gənclərin problemləri müzakirə olunacaq


Səs: Real audio
İlham Əliyevdən eks-spiker haqqında çıxarılmış həbs qərarının dəyişdirilməsi xahiş edilir Oktyabrın 6-da Nyu-Yorkda BMT Baş Assambleyası gənclərlə bağlı məsələləri müzakirə edəcək. Müzakirəyə Azərbaycandan da gənc nümayəndə – Xəzər Universitetinin magistrı, Gənclər Təşkilatı Milli Şurasının üzvü Bəxtiyar Hacıyev qatılacaq.



Assambleya çərçivəsində gənclər üçün ümumdünya proqramının həyata keçirilməsi istiqamətində atılan addımların 10 illik keçmişinə nəzər salınacaq.



Gənclər Təşkilatı Milli Şurasının sədri Fuad Muradovun sözlərinə görə, Bəxtiyar Hacıyev öz çıxışında Azərbaycanın bu proqramda necə iştirak etmək istədiyini xüsusi vurğulayacaq:



«Biz Bəxtiyarla danışanda 1-2 əsas məsələni müzakirə etmişik. Biz istəyirik ki, bu proqram çərçivəsində Azərbaycanın da öz yeri olsun».



Fuad Muradov deyir ki, azərbaycanlı gənc nümayəndə gənclərin işlə təmin edilməsi, onlar üçün yeni iş yerləri açmaq imkanının artırılması və digər məsələlərə də toxunacaq.
XS
SM
MD
LG