Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:15

Rəsul Quliyevlə bağlı prezidentə müraciət edildi


Səs: Real audio
İlham Əliyevdən eks-spiker haqqında çıxarılmış həbs qərarının dəyişdirilməsi xahiş edilir ADP sədri, eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıtmasını təmin etmək məqsədilə yaradılmış Milli Komitə prezident İlham Əliyevə müraciət edib. Müraciətdə prezidentdən məhkəmənin eks-spiker haqda çıxardığı həbs qətimkan tədbiri qərarının dəyişdirilməsinə göstəriş verməsi xahiş edilir.



Sənəddə həmçinin cənab Quliyevin vəkillərinin ADP sədrinin deputatlığa namizədliyini irəli sürdüyü Xətai rayonunda görüşlərinə normal şərait yaradılması bildirilir.



Rəsul Quliyevin deputatlığa namizədliyi qeydiyyata alınsa da, onun toxunulmazlıq hüququ ləğv edilib.



ADP sədri küllü miqdarda dövlət əmlakını talamaqda təqsirləndirilir.
XS
SM
MD
LG