Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:13

Ramil Usubov: «Müxalifət seçkidən sonra silahlı iğtişaşlar planlaşdırır»


Səs: Real audio
Müsavat Partiyasının başqan müavini Vurğun Əyyub: «Nazirin bu açıqlaması polisi psixoloji hazırlıq vəziyyətinə gətirmək məqsədi daşıyır» Parlament seçkisindən sonra müxalifətin planlaşdırdığı etiraz aksiyalarında silahdan istifadə etmək nəzərdə tutulur.



Bu haqda Daxili İşlər naziri Ramil Usubov ADP, AXCP və Müsavat partiyalarının birləşdiyi «Azadlıq» seçki blokunun oktyabrın 1-də keçirdiyi icazəsiz aksiyada baş verənlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən məlumat verdi.



O, oktyabrın 1-də keçirilən aksiyada polisə qarşı kağıza bükülmüş dəmir parçalarından istifadə olunduğun bildirir.



Nazir deyir ki, mitinqçilərə qarşı Polis Akademiyasının tələbələrindən və mülki geyimdə olan şəxslərdən istifadə edilməsi barədə mətbuatda yazılanlar həqiqəti əks etdirmir.



Cənab Usubov onlarda «Azadlıq» blokunun etiraz aksiyası keçirmək məqsədi ilə paytaxtda narıncı çadırlar qurmağa hazırlaşdığı barədə məlumatlar olduğunu və buna imkan verilməyəcəyini sözlərinə əlavə edir.



Müsavat Partiyasının başqan müavini Vurğun Əyyub isə bildirir ki, nazirin bu açıqlaması polisi psixoloji hazırlıq vəziyyətinə gətirmək məqsədi daşıyır. O, «Azadlıq» blokunun məqsədənin dinc aksiyalar keçirmək olduğunu vurğulayır.
XS
SM
MD
LG