Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:35
Rubrikalar

Kənd təsərrüfatı texnikasını lizinqə almaq olacaq


Səs: Real audio
Daxili İşlər naziri Ramil Usubov isə bundan sonra da müxalifətin qanunsuz aksiyalarının qarşısının alınacağını deyir Oktyabrın 3-də Bakıda Azərbaycan və Latviya arasında sərmayələrin qorunması, ikiqat vergitutmanın ləğvi, gömrük məsələlərində əməkdaşlıq sahəsində sazişlər bağlanıb.



Latviya prezidenti Vayra Vike-Freyberqanın Bakıya səfəri çərçivəsində həmçinin oktyabrın 3-də Latviya-Azərbaycan biznes forumu da öz işinə başlayıb. Forumda 50-ə qədər Latviya şirkəti iştirak edir.



- Yaxın zamanlarda "Aqrolizinq" şirkəti 18 adda müxtəlif kənd təsərrüfatı texnikasını lizinqə verməyə başlayacaq. Sayı 600-dən artıq olan bu traktor, kombayn, eləcə də başqa maşın və avadanqlıqlar Türkiyədə alınıb. Hazırda onlar Əlibayramlı şəhərində, Ucar rayonunda, eləcə də gömrük orqanlarının müvəqqəti saxlanma yerlərindədir. Bu barədə "Aqrolizinq"in İdarə Heyətinin sədri Tariel Rəsulov bildirib.



- Oktyabrın 3-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 593, 1 avro 5 484, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG