Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:28

Seçkinin pozulması təhlükəsi var


Səs: Real audio
Daxili İşlər naziri Ramil Usubov isə bundan sonra da müxalifətin qanunsuz aksiyalarının qarşısının alınacağını deyir Bəzi politoloqlar bu fikirdədir



Oktyabrın 1-də mitinqini polis dağıdandan sonra "Azadlıq" bloku deyir ki, hakimiyyət siyasi mübarizəni güc müstəvisinə keçirmək istəyir. Hakimiyyət isə oktyabrın 1-dən qabaq deyirdi ki, mərkəzi yerlərdə mitinq etmək istəyən müxalifətin məqsədi çox adam yığıb sonda məsələni zor yolu ilə həll etməkdir.



Siyasətşünaslar bu məsələ barədə müxtəlif cür fikirləşirlər. Onlardan bəziləri iqtidarın, bəziləri isə müxalifətin zora meylli olduğunu deyir.



Politoloq Zəfər Quliyev bu fikirdədir ki, son vaxtlar baş verənlər daha çox iqtidarın zorakı hərəkətlərə meylini göstərir. Müxalifət isə qanun çərçivəsində hərəkət edir, hüquqi əsaslarla seçki təbliğatı üçün şərait yaradılmasını tələb edir.



Cənab Quliyev deyir ki, iqtidarın ötən həftə ATƏT-in təşəbbüsüylə müxalifətlə görüşə getməməsi onun dialoqda maraqlı olmamasını göstərdi.



Politoloq yalnız beynəlxalq təşkilatların, Qərb ölkələrinin hadisələrin gedişinə təsir göstərmək imkanı olduğunu qeyd edir:



"Mənə elə gəlir ki, beynəlxalq təşkilatlar təşəbbüs göstərməlidirlər. Ona görə ki, seçkilər yaxınlaşdıqca, emossialar və konfrontasiya da doğrudan da güclənir. Əslində, seçki prosesinin pozulması təhlükəsi var".



Hakim YAP-dan Sadiq Qurbanovsa deyir ki, müxalifət seçkiöncəsi hadisələrin demokratik istiqamətdə cərəyan etməsiylə barışa bilmir. Çünki onlar icra hakimiyyətlərinin, hakimiyyətin seçkiyə müdaxilə edəcəyini güman edirdilər:



"Prezidentin 11 may tarixli sərəncamı isə bu müdaxiləni istisna etdi və müxalifəti çıxılmaz vəziyyətdə qoydu".



Sadiq Qurbanov deyir ki, müxalifət demokratik seçki keçərsə, iqtidarın namizədlərinin qalib gələcəyindən qorxur və indidən hadisələri zor müstəvisinə aparır. Cənab Qurbanov bildirir ki, son 15 ildə fikrini dəyişməyən müxalifət bundan sonra da demokratik proseslərə barışmaz mövqedə qalacaq, iqtidar isə demokratik seçki keçirmək əzmini ortaya qoyacaq.



"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bütün dünyanın hakimiyyətin zor tətbiq etməsinin şahidi olduğunu deyir.



Onun fikrincə, iqtidarın müxalifətlə danışıqları yarımçıq qoyması yaxşı heç nə vəd etmir və proseslər müxalifətin də iqtidara qarşı zora keçməsinə gətirib çıxara bilər:



"Hər halda iqtidarın ATƏT-in iştirakı ilə dialoqdan yayınması yaxşı əlamət deyil. İqtidar dialoqdan yayınırsa, deməli, onun əlində yeganə vasitə kimi zorakılıq qalır. Amma mənə elə gəlir ki, bu zorakılıq birtərəfli davam edə bilməz. Hansısa bir mərhələdə müxalifət eyni metodlara əl ata bilər. Bu isə çox ciddi vətəndaş qarşıdurmasına gətirə bilər".

Günün bütün mövzuları

XS
SM
MD
LG