Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:21

Aclıq edən deputatlığa namizədlər əvəzləndi


Səs: Real audio
Daxili İşlər naziri Ramil Usubov isə bundan sonra da müxalifətin qanunsuz aksiyalarının qarşısının alınacağını deyir Azad seçki, sərbəst toplaşmaq hüququnun təmin edilməsi və s. tələblərlə aclıq aksiyası keçirən «Azadlıq» seçki blokunun deputatlığa namizədlərini oktyabrın 3-də digər altı namizəd əvəzləyib.



Blokun Seçki Qərərgahının baş katibi Fəhmin Haciyev deyir ki, bunlar İlham Hüseynli, Vurğun Əyyub, İkram İsrafilov, Bahəddin Həziyev, Əlihüseyn Rəhimov və Elman Mövsümovdur. Onun sözlərinə görə aksiyaya qoşulmaq üçün müraciətlər var.



Namizədlərin aclıq aksiyasına beynəlxalq təşkilatların diqqətinin artdığını bildirən cənab Hacıyevin sözlərinə görə, oktyabrın 1-də keçirilən mitinqdə saxlananlardan bir nəfər də azad edilib: «Hazırda AXCP-dən yeddi, Müsavat Partiyasından üç, ADP-dən bir, bitərəflərdən isə iki nəfər Qara şəhərdəki müvəqqəti saxlama təcridxanasında saxlanılır».



«Azadlıq» seçki blokunun deputatlığa namizədləriyby aclıq aksiyası senntyabrın 30-da başlayıb. İlk aclıq edənlər Fuad Mustafayev, Kamil Vəli Nərimanoğlu, Rauf Arifoğlu, Qabil Hüseynli, Aydın Quliyev və Elbrus Quliyev olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG