Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:33
Rubrikalar

Yeni dərgi – "YOM"


Səs: Real audio
Daxili İşlər naziri Ramil Usubov isə bundan sonra da müxalifətin qanunsuz aksiyalarının qarşısının alınacağını deyir Bu «İz»də:



- Qohum mədəniyyətlərin izinə düşəcək;



- Yenə hind filmlərinin ovqatını yaşayacaq;



- «Örnək» sözünün lüğəti mənasını yada salacaq;



- "Mentalitet dolması"nda Qorqud Dədəni anacaq;



- Və hər dəfə «YOM» türk dünyası mədəniyyət dərgisinin redaktoru Nizami Zöhrabinin açıqlamalarını eşidəcəksiz.



«FESTİVAL QAPANDI, YAŞASIN FESTİVAL...»



Bakının «Araz» kinoteatrında yenə hind filmləri göstərilib. Kinoteatrın direktoru Nəriman Əzimovun sözlərinə görə, Hindistan filmlərinin festivalı "Araz" kinoteatrında birinci dəfədir keçirilir. Bundan qabaq "Azərbaycan" və "Nizami" kinoteatrlarında olmuşdu. Bu il isə, sentyabrın 24-dən oktyabrın 1-dək "Araz" kinoteatrında 3-cü Hindistan Filmləri Festivalı keçirilib.



Festivalın əsas təşkilatçılarından biri Sobia Abraham Hind Kino Assosiasiyasının köməkçi katibidir. Festivalın məqsədindən danışan cənab Abraham deyir ki, Azərbaycan və Hindistan əlaqələri əvvəldən çox yaxın dostluq əlaqələri olub. Ona görə də həmişə bu əlaqələri davam etdirmək qərarına gəliblər.



Hind filmlərinin zəfər yürüşü Azərbaycanda ötən əsrin 50-ci illərindən başlayıb. Bəs Azərbaycan filmlərini Hindistanda tanıyırlarmı?



Sobia Abraham: "Yaxşı Azərbaycan kinolarını hindistanlılar təəssüflər olsun ki, görməyiblər. Rus kinoları görüblər. Amma istərdilər ki, bir Azərbaycan kinosu festivalı keçirilsin... Rac Kapurla Rəşid Behbudov çox yaxın əlaqələrdə olublar. Yəni, Rac Kapur gəlib Rəşid Behbudovla dostluq edib. Rəşid Behbudov da Hindistanda olub. Və istərdik ki, bu əlaqələri, bu tarixi uzadaq və bu festivalı hər il keçirdək".



YENİ DƏRGİ – "YOM"



Qohum mədəniyyətlərdən söz açan "YOM" dərgisinin 2-ci sayı çapa hazırlanır. Elə bu üzdən "qohum mədəniyyətlər" mövzusuna həmin dərginin redaktoru Nizami Zöhrabi bələdçilik edəcək.



- "YOM" barədə "İz"də danışmışdıq. Ancaq indi Sizdən eşidək – nədir bu dərgi, "Yom" nə deməkdir?



Nizami Zöhrabi: - "Yom" "Dədə Qorqud"dan gələn bir sözdür – "xeyir-dua" deməkdir... Bəzi mənbələrdə "yum" yazılır, bəzilərində "yom". Yəni üzü Şərqi getdikcə bu "u" "o"laşır. Üzü Qərbə gəldikcə, artıq "u" işlənir. "Dədə Qorqud"dan gələn sözdür. Ona görə də dərgi üçün bu başlığı seçdik ki, türk dünyası mədəniyyət dərgisi olaraq bütün türkdilli xalqları birləşdirən bir söz olsun.



- Sizcə türk xalqlarının mədəni irsinin öyrənilməsi hansı səviyyədədir? Uzun illər boyunca aparılan araşdırmalar və bunun nəticəsi kimi ortaya çıxan köklü monoqrafiyalar, yaxud ensiklopediyalar varmı?



Nizami Zöhrabi: - Mən deyərdim ki, çox işlər görülüb, amma araşdırmaların hamısı əsasən Sovet dönəmində olub. Və Sovet vaxtı hər şey sosializm, realism prinsipi əsasında araşdırılıb. Hətta bizim folklorumuz da. Ona görə də folklor nümunələri ilə tanış olduqda bunların ayrı-ayrı tayfaların, ayrı-ayrı toplumların yox, məhz bir tədqiqatçının təfəkkürünün məhsulu olduğu görünür. Yəni hər şeyi bir qəlibə, bir çərçivəyə sığışdırıblar. Mən inanıram ki, gənc nəsil yeni tədqiqatlar aparacaq və hər şey öz yerini tutacaq… İstər- istəməz biz təzədən ortaq mədəniyyətə, ortaq türkçəyə nail olacağıq…



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG