Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31
Rubrikalar

<i>«Seçki Qatarı»</i>: Efir vaxtının bahalığı namizədləri dost-tanışa möhtac edir


Səs: Real audio
Daxili İşlər naziri Ramil Usubov isə bundan sonra da müxalifətin qanunsuz aksiyalarının qarşısının alınacağını deyir Bu "Seçki Qatarı"nda:



- Televiziyada seçkiqabağı təşviqatın problemlərini araşdıracaq;



- Vətəndaşların təbliğat haqqında fikilərini öyrənəcək,



- Azərbaycanın şimal bölgəsindən– Qubadan xəbər tutacaqsız.



EFİR VAXTININ BAHALIĞI NAMİZƏDLƏRİ DOST-TANIŞA MÖHTAC EDİR



Vətəndaş Həmrəyliyi partiyasının [VHP] sədri Sabir Rüstəmxanlı deyir ki, partiyasından olan namizədlər üçün dövlətdən maliyyələşən mətbuatda ödənişsiz təşviqat vaxtı ayrılmayıb. Seçki Məcəlləsinə görə, 60-dan az dairədən namizədi qeydə alınan partiya və siyasi bloklar üçün pulsuz təşviqat imkanı yaradılmamalıdır.



Cənab Rüstəmxanlı qanunda yer alan bu məsələnin doğru məntiqə əsaslanmadığını deyir. Onun sözlərinə görə, bu məsələ nəticədə pulsuz təşviqat imkanı əldə etmiş bir neçə siyasi partiya və blokların mediada monopoliyasına gətirib çıxarır. Ödənişli efir vaxtının isə qiyməti baha olduğundan, VHP-dən olan namizədlər bu təşviqat imkanından da yararlana bilmir.



Mərkəzi Seçki Komissiyasının [MSK] hüquq üzrə katibi İradə Hacıyeva bu məsələnin artıq müzakirə olunmadığını bildirir.



"Yeni Siyasət" [YeS] seçki blokundan deputatlığa namizəd kimi ödənişsiz efir vaxtı qazanan Rəşid Hacılı isə özəl kanallarda siyasi reklam üçün efir vaxtının qiymətinin baha olmasından gileylənir.



Onun sözlərinə görə, qiymətlərin çoxluğu bəzi namizədləri pullu dostlarına, qohumlarına möhtac edir. Deputatlığa namizəd bunu Azərbaycanda fəaliyyət göstərən teleradio kanallarının sayının az olmasıyla izah edir. Deyir ki, kanalların azlığı nəticədə rəqabət mühitinin formalaşmamasına gətirib çıxarır. Halbuki, bir çox demokratik ölkələrdə siyasi reklamın qiyməti kommersiya reklamınkı qədərdir.



Azərbaycan telekanallarında isə siyasi reklamın qiyməti artmaqda davam edir. Bəzi kanallarda bu qiymət seçkiyə start verildiyi gündən bir neçə dəfə artıb.



ANS telekanalının informasiya proqramı olan "Xəbərçi"də siyasi reklamın bir saniyəsi 79 200 manatdır. "Lider" kanalının "Səda" proqramında 1 dəqiqə 2 500 000 manat, ATV-nin "Son xəbər" proqramında isə 1000 Amerika dollarıdır.



"Space" kanalının "Hər gün" xəbər proqramında da reklamın bir dəqiqəsi 1000 Amerika dollarına başa gəlir. Kanalın reklam və kommersiya direktoru Azər Cabbarov deyir ki, televiziyalar biznes şərtləri ilə işlədiklərindən qimətlərə önəm verilir.



“Azadlıq” blokunun namizədi Vurğun Əyyub kanallarda siyasi reklamın bərabər şərtlərlə yerləşdirilmədiyindən şikayətlənir. Onun sözlərinə görə, açıq-aşkar iqtidarın kursunu dəstəkləyən kanallar hətta özlərinin müəyyənləşdirdikləri qiymətlər müqabilində də müxalifətə yer ayırmırlar. Bu üzdən "Azadlıq" bloku belə kanallara müraciət etməmək qərarına gəlib.



İtaliya və Portuqaliya istisna olmaqla Qərbi Avropa ölkələrində pullu siyasi reklam arzuolunmaz hal sayılır. Mərkəzi və Şərqi Avropada, o cümlədən keçmiş Sovet İttifaqı ölkələrində isə ödənişli siyasi reklam geniş yayılıb.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG