Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:49

«Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır»<p align=`left`><br><br>


Səs: Real audio
Bu barədə Latviya prezidenti Varya Vike-Freyberqa azərbaycanlı həmkarı ilə keçirdiyi ikitərəfli görüşdən sonra bəyan edib «Biz ərazi bütövlüyü prinsipini suveren dövlətlərin fundamental hüququ kimi qəbul edirik». Bunu Bakıda səfərdə olan Latviya prezidenti Varya Vike-Freyberqa Qafqazdakı etnik münaqişələrin həlli ilə bağlı sualın cavabında dedi. O, Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirdi ki, Latviyanın mövqeyi bu məsələdə üzv olduğu Avropa Birliyinin mövqeyi ilə eynidir: «Ərazi mübahisələrində tərəflərin danışıqlara getməsinə və kompromislərə hazır olmasına tərəfdarıq. Dünya təcrübəsi göstərir ki, tərəflər öz mövqelərindən geri çəkilməyəndə münaqişələr onilliklər boyu həll edilməmiş qalır. Bu isə hərbi əməliyyatlara, insan itkilərinə gətirə, inkişafa mane ola bilər».



İlham Əliyev də Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyünə riayət edilməsini vacib sayır: «Dağlıq Qarabağa ancaq mövcud olan muxtariyyət formaları təklif edilə bilər». Cənab Əliyev xalqların öz müqəddəratını təyin etmək hüququnun problemə tətbiq edilməsinin mümkün olmadığını dedi.



Azərbaycan prezidenti qarşıdan gələn parlament seçkisi ilə bağlı suala cavab verərkən bildirdi ki, bəzi texniki məsələləri çıxmaqla seçkiöncəsi vəziyyət ümumilikdə müsbət qiymətləndirilə bilər. Prezidentin fikrincə, ATƏT-in Müşahidə Missiyasının açıqladığı hesabatda da vəziyyət pozitiv səciyyələndirilir.



«Biz lazım olan hər şeyi edirik ki, parlament seçkisi tam azad və ədalətli keçsin. İndiyəcən proses çox müsbət istiqamətdə gedib. Hər hansı çətinlik və narazılıq olmadan qeydiyyat mərhələsi bitib, 125 dairə üzrə mübarizə aparan 2000-dən artıq namizəd onlara bərabər şərait yaradılmasından məmnundur. Toplaşmaq azadlığı, dövlət və ictimai televiziyada çıxış etmək hüququ təmin edilib. Bərabər şərait seçki dairələrində də mövcuddur. Mən əminəm ki, noyabrda seçki azad və ədalətli olacaq və Azərbaycan xalqının iradəsini ifadə edəcək» - deyə, o vurğuladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG