Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:42
Rubrikalar

Qarışıq Qafqaz ailələri


Səs: Real audio
«Human Rights Watch» təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqner baş verənlərin seçkiqabağı vəziyyətə mənfi təsir göstərəcəyini deyir - Rəsmi məlumata görə, hətta Qarabağ münaqişəsindən sonra Azərbaycanda 20 minə qədər erməni yaşayır. Onlardan çoxu azərbaycanlılarla ailə quran qadınlardır. Bakıdakı həmkarımız Rövşən Qənbərov belə ailələrdən birinin qonağı olub: «ERMƏNİ OLDUĞUMA GÖRƏ HEÇ KİM MƏNİ İNCİTMİR»



- Hələ Sovet vaxtı Ermənistan qarışıq nigahların sayına görə 15 respublika arasında axırıncı yerlərdən birini tuturdu. İndi də belədir. Amma Azərbaycandakı qədər olmasa da, Ermənistanda da qarışıq ailələr, həm də azərbaycanlılarla qohumluğu olanlar var. Ermənilərlə ailə həyatı quran 40-a yaxın azərbaycanlı hətta müharibə vaxtı Ermənistanı tərk etmək istəməyib. Anası erməni, atası isə azərbaycanlı olan Zarik də Ermənistandan getmək istəməyib. Zarikin dediyinə görə, valideynləri bir yerdə olmaq üçün çox çətinliklərdən keçiblər. Hətta atası dinini dəyişib. Ölənə qədər Ermənistanda yaşayıb. Uşaqlarına məsləhət verəndə də çətinliyin ötəri olduğunu deyib.



- Gürcüstanda isə ailələrin 7 faizə qədəri müxtəlif millətlərin nigahı əsasında qurulub. Amma azərbaycanlılar statistikaya görə, gürcülərlə nadir hallarda ailə qururlar. Bir fakt da maraqlıdır ki, Gürcüstan nisbətən neytral olduğundan burda ermənilərlə azərbaycanlılar qaynayıb-qarışır. Qohum olanların da sayı az deyil.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG