Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:03

ATƏT-in hesabatı seçkiqabağı şəraiti obyektiv təhlil edirmi?


Səs: Real audio
«Human Rights Watch» təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqner baş verənlərin seçkiqabağı vəziyyətə mənfi təsir göstərəcəyini deyir «Panorama»nın bugünkü qonaqları Ana Vətən partiyasının sədri Fəzail Ağamalı və Müsavat partiyasının divan üzvü Rasim Musabəyovdur.



Söhbətdə «Azərbaycan» qəzetindən Samir Elmanoğlu və «Zerkalo» qəzetindən Azər Rəşidoğlu da iştirak edir.



Bu dəfə «Panorama»da ATƏT-in müşahidə missiyasının Azərbaycandakı parlament seçkiləri ilə bağlı ilkin hesabatından bəhs edildi. Ana Vətən partiyasının sədri Fəzail Ağamalı qeyd etdi ki, müəyyən tənqidi fikirlər olsa da, bu hesabat azad və ədalətli seçkilərin mümkünlüyünü istisna etmir.



Müsavat partiyasının təmsilçisi Rasim Musabəyov isə dedi ki, ATƏT-in hesabatı hakimiyyətə ünvanlanan bir xəbərdarlıqdır: «Yəni Azərbaycanda baş verən bütün proseslər yaxından izlənilir».



Rasim Musabəyovun sözlərinə görə, təşviqat mərhələsinin gedişi göstərir ki, hakimiyyət əvvəllər olduğu kimi demokratik seçki keçirmək niyyətindən çox-çox uzaqdır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG