Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:35

<i>«Yeni Azərbaycan»</i>: «Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti dözülməzdir»


Səs: Real audio
İkili qiymətləri göstərməyən fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar «Yeni Azərbaycan» qəzetindəki «Gürcüstanda dörd gün» başlıqlı məqalədə Fəxri Kərimli bu ölkədə yaşayan azərbaycanlıların vəziyyətindən bəhs edir. Yazır ki, vaxtilə Bolnisi rayonunda şəhər əhalisinin 40 faizini azərbaycanlılar təşkil edib. İndisə bu göstəricidən əsər - əlamət qalmadığını yazan müəllif qeyd edir ki, bütün kəndlərə gürcü adları verilib. Azərbaycanlı sakinlər kəndlərdən sıxışdırılaraq çıxardılır.



Həmsöhbət olduğu sakinlərə istinadən müəllif yazır ki, Gürcüstandakı hakimiyyət dəyişikliyindən sonra burda azərbaycanlıların vəziyyəti çox ağırlaşıb, hətta dözülməz olub. Məqalədə bildirilir ki, bəzi hallarda Gürcüstan azərbaycanlıları öz haqlarını aksiyalar keçirməklə tələb edirlər. Amma son zamanlar bunun da nəticəsi olmur.



«Bakı - Xəbər» qəzetindəki «Ruşaylonun gəlişi ərəfəsində Ramiz Mehdiyevin fəallaşması təsadüfdürmü?» başlıqlı məqalədə Tofiq yazır ki, sentyabrın 29-da prezidentin İcra Aparatının rəhbəri özünə xas olmayan emosionallıqla «müxalifətlə danışmaq vaxt itirməkdir» şəklində bəyanat verdi. Ekspertlər cənab Mehdiyevin sərt açıqlamasının arxasında çox maraqlı məqsədlərin olduğu qənaətindədirlər. Hesab edilir ki, MDB-nin icraçı katibi Vladimir Ruşaylonun Azərbaycana 5 oktyabrda nəzərdə tutulan səfəri ərəfəsində R.Mehdiyevin fəallaşması təsadüfü deyil.



Məqalədə bildirilir ki, cənab Mehdiyevin görünməz tellərlə Kremlə bağlanması heç kimdə sübhə doğurmur. Müəllif öz mənbələrinə əsaslanıb yazır ki, «boz kardinal»ın biznesinin böyük hissəsi Rusiyada, həm də bu ölkə elitasının himayəsi altındadır.
XS
SM
MD
LG