Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:34

2 min namizəddən 500-ü işsizdir


Səs: Real audio
Həsən Kərimovun səhhətinin 25 sentyabr mitinqində polisin ona qarşı zoraklıq işlətməsindən sonra ağırlaşdığı bildirilir Azərbaycanda parlamentə 2 min namizəddən 500-ü işsizdir. Özünə iş tapa bilməyən dövlətin problemlərini necə həll edəcək? 2 min namizəddən 120-sinin ali təhsili, bir namizədin isə heç orta təhsili də yoxdur.



Politoloq Zərdüşt Əlizadə deyir ki, bir səbəb indiki parlamentdə və siyasətçilərdədir. Onlara baxanda evdar qadın da deputat olmaq istəyir.



Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə deyir ki, siyasi mübarizəyə şərait olmadığına görə sürücü ilə böyük müxalifət partiyası nümayəndəsinin seçilmək şansı elə eynidir



Təbii ki, işsizin, ali savadı olmayanın deputat olmaq istəməsi onun konstitusiya haqqıdır, namizədlər arasında belə adamların çoxluğu seçki prosesinin bu sahədə demokratikliyini göstərir.



Ancaq sual odur ki, parlamentin 125 üzvü elə bu nisbətdə seçilsə, onda onların 30 nəfəri işsiz olacaq, 8 nəfərinin ali savadı olmayacaq.



Müqayisə üçün iqtisadçılar cəmi 19 nəfər, qadınlar 12 nəfər olacaq. Azərbaycan cəmiyyətinə beləmi parlament lazımdır? Və bəlkə cəmiyyətin durumunu elə namizədlərin məhz bu tərkibi əks etdirir?



Söhbətimizin qonaqları:



- Millət vəkili, deputatlığa namizəd Rəbiyyət Aslanova;



- Deputatlığa namizəd Qorxmaz İbrahimli;



- və filosof Rəhman Bədəlov



- Rəbiyyət xanım, namizədlərin təhsil, məşğulluq, peşə və s. tərkibinə mütənasib olaraq da parlament seçilsə, cəmiyyətə belə parlament lazımdırmı? Yoxsa cəmiyyətin indiki vəziyyətinə uyğun olan elə belə parlamentdir?



Rabiyyət Aslanova: "Bu gün prosesə başqa cür yanaşmaq lazımdır. Bu gün seçici də dəyişir, seçilmək istəyən də. Ancaq nə gözəl olardı ki, seçici də, seçilmək arzusunda olan da bu məsələyə kifayət qədər ciddi, dərk olunmuş münasibət bəsləyərdi. Məni qorxudan da odur ki, bu gün Milli Məclisə seçilmək arzusunda olan insanlar parlament haqqında tam yekdil bir təsəvvürə malik deyillər... Biz bu gün parlament və deputat haqqında təsəvvürlərimizdə bir dəyişiklik etməliyik. Azərbaycan parlamenti cəmiyyətin güzgüsü, cəmiyyətin ən say-seçmə insanlarının toplandığı bir yer olmalıdır. Və kifayət qədər ciddi münasibət bəslənilməlidir... Və kimlərinsə parlamentə düşməsi nəticədə gələcəkdə proseslərə ən mənfi təsir göstərən bir ağrıya çevrilə bilər...



Bilirsiniz, özünütəsdiq çox gözəl bir haldır. Və cəmiyyətdə özünü təsdiq edə bilməmiş bir insanın parlament vasitəsilə bunu etməsi mümkün olan bir şey deyil".



- Qorxmaz bəy, Siz işsiz kimi qeydə alınmısınız. İşsiz kimi qeydə alınanlar arasında xeyli tanınmış adam var, məsələn, Pənah Hüseynov və başqaları. Bu necə ola bilər? İstənilən halda, seçicidə təbii bir sual yaranır ki, özünə iş tapa bilməyən Azərbaycanın bu qədər problemini necə həll edəcək?



Qorxmaz İbrahimli: "Əslində, işsiz nədir? Əmək qabiliyyətli olub fəal surətdə iş axtaran adam işsiz adlana bilər... Bizneslə məşğul olanların, yaxud dövlət qulluğunda çalışanların müəyyən müddətdən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olması normal haldır. Bu gün bir çox namizədlər formal, hüquqi baxımdan işsiz sayılsalar da, bu, onlara ironik yanaşmağa heç bir əsas vermir".



- Rəhman bəy, Azərbaycanda ailə dolandırmaq üçün qabiliyyətli adamlar iki, üç yerdə işləyirlər. Yəni onların qabiliyyəti vəziyyəti dəyişməyə yox, çox vaxt bəyənmədikləri bu vəziyyətə uyğunlaşmağa gedir. Bəlkə deputatlığa namizəd olan işsizlər daha düzgün yol tuturlar – heç yerdə işləməyib bütün güclərini vəziyyə
XS
SM
MD
LG