Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:57

«İnformasiya əldə etmək haqqında» qanun qəbul edildi


Səs: Real audio
İnformasiya Məsələləri üzrə Müvəkkillik yaradılacaq Milli Məclis sentyabrın 30-da «İnformasiya əldə etmək haqqında» qanunu qəbul etdi. Qanun layihəsini hazırlayan işçi qrupunun rəhbəri Rizvan Cəbiyev deyir ki, bundan sonra dövlət məmurunun informasiya verməkdən imtina etməsi asan olmayacaq. Onun sözlərinə görə, qanunla İnformasiya Məsələləri üzrə Müvəkkillik yaradılacaq. Qurum qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət edəcək.



Cənab Cəbiyev qanunun qəbulunu mühüm nailiyyət hesab edir.



Bu qanun layihəsinin hazırlanmasında iştirak edən Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə deyir ki, hökumətin normativ aktdan kənara çıxmaq imkanları çox məhdud olacaq.



Yeni qanunun qəbulu Avropa Şurasının əsas tələblərindən biri idi.
XS
SM
MD
LG