Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

«Seçki mühiti yaxşılaşsa da, sərbəst toplaşma problem olaraq qalır»<p align=`left`><br><br>


Səs: Real audio
ATƏT-in Müşahidə Missiyasının yaydığı hesabatda belə deyilir ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyası sentyabrın 30-da Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı hesabatını açıqlayıb. Hesabat sentyabrın 5-23-ü arası dövrü əhatə edir.



Hesabatda prezident İlham Əliyevin bu il mayın 11-də «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» imzaladığı sərəncam müsbət qiymətləndirilir. Bildirilir ki, bu sənəd ümumilikdə seçkiqabağı mühitin yaxşılaşmasına şərait yaradıb. Amma hesabatda o da qeyd edilir ki, sərbəst toplaşmaq hüququnun təmin edilməsiylə bağlı problem hələ də qalır. Bölgələrdə icra strukturları cəmi bir neçə kütləvi aksiyaya icazə versə də, bunlar güclü polis nəzarəti altında keçirilib.



Müşahidə Missiyası bildirir ki, ötən seçkilərlə müqayisədə namizədlərin qeydə alınmasında çox böyük irəliləyiş var, 2000-dən artıq namizəd qeydə alınıb, qeydə alınmayanların böyük hissəsinə isə qanuni əsaslarla «yox» deyilib. Amma hesabatda bildirilir ki, din xadimi olduğu əsas gətirilərək qeydiyyatından imtina edilən bəzi şəxslərə onların bu kateqoriyaya nəyə görə aid edilməsi aydın izah edilməyib.



Müşahidə Missiyası qeyd edir ki, mühacirətdə olan iki siyasətçi Rəsul Quliyev və Ayaz Mütəllibov namizəd kimi qeydə alınsalar da, Azərbaycana qayıdacaqları halda həbs ediləcəkləri ittihamı ilə üzləşiblər.



Bundan başqa namizədlərin cəmi doqquz faizinin qadın olduğu bildirilir.



Müşahidəçilər təəssüf edirlər ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Venesiya Komissiyasının seçki qanunvericiliyinin təkmilləşdirilməsi və əhalinin seçkiyə inamının yüksəldilməsi üçün verdiyi tövsiyələr hələ də yerinə yetirilməyib. Hesabatda bildirilir ki, seçki komissiyalarında hələ də hakimiyyət nümayəndələri üstünlük təşkil edir, bir nəfərin bir neçə şəxsin yerinə səs verməsini önləyən barmaqların mürəkkəblənməsi təklifi qəbul edilməyib. Bundan başqa sənəddə məcburi köçkünlərin səs verməsiylə bağlı narahatlıq ifadə olunur. Bildirilir ki, təxminən 800 min məcburi köçkünün (onlar seçicilərin 12 faizini təşkil edir) çoxu onlar üçün ayırlan səsvermə məntəqələrindən uzaqda yaşayırlar.



Hesabatda kütləvi informasiya vasitələrində seçkilərin işıqlandırılmasıyla bağlı məsələyə də toxunulur. Pulsuz efir vaxtının ədalətli bölüşdürüldüyü bildirilir. Amma eyni zamanda televiziyaların əsasən hakimiyyətə meylli namizədlərə daha çox yer ayırması ilə bağlı ictimai qurumların narahatlığı ifadə olunur.



Mərkəzi Seçki Komissiyasında [MSK] bitərəfləri təmsil edən katib Natiq Məmmədov deyir ki, seçki komissiyalarında iqtidar nümayəndələrinin çoxluq təşkil etməsi fikrini qəbul etmir. Onun sözlərinə görə, komissiyalarda həm iqtidara, həm müxalifətə, həm də bitərəflərə bərabər şərait yaradılıb.



Natiq Məmmədov barmaqların mürəkkəblənməsinə də ehtiyac görmür. Onun fikrincə, Seçki Məcəlləsində seçicinin təkrar səsverməsinin qarşısını alan kifayət qədər mexanizm var.



MSK katibi deyir ki, məcburi köçkünlərin səsverməsiylə bağlı problem obyektiv səciyyə daşıyır və Qarabağ problemi həll edilməyincə, onu tam yoluna qoymaq mümkün deyil. O deyir ki, məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə məntəqələr yaradılıb. Məskunlaşdığı yerdən kənarda yaşayan hər bir məcburi köçkün üçünsə ayrıca səsvermə şəraiti yaratmaq mümkün deyil.



Amma Demokrat partiyası [ADP] sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirir ki, hesabat seçkiqabağı vəziyyəti düzgün əks etdirir. Bununla belə, onun sözlərinə görə, ATƏT-in Müşahidə Missiyasının hesabatı bundan da sərt ola bilərdi.



Sərdar Cəlalaoğlu hesab edir ki, hesabatda əks
XS
SM
MD
LG