Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:01
Rubrikalar

Bakı dünya çempionatına hazırdır


Səs: Real audio
Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli: «ANS razılaşmanı pozub» - Oktyabrın 3-də Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatının startı veriləcək. Gimnastika Federasiyasından verilən məlumata görə, çempionatda dünyanın 42 ölkəsini təmsil edən gimnastlar çıxış edəcək. Onlar lent, top, gürz və halqalarla hərəkətlər nümayiş etdirəcəklər. Bundan başqa, çoxnövçülükdə də yarışacaqlar. Çempionatda qrup hərəkətləri üzrə yığma komandalar da mübarizəyə qoşulacaq. Turnir oktyabrın 9-da sona çatacaq.



- Futbol üzrə Azərbaycan yığma komandası 2006-cı ildə keçiriləcək dünya çempionatının son seçmə qrup oyununu oktyabrın 12-də səfərdə Uels millisinə qarşı keçirəcək. Komandanın baş məşqçisi Vaqif Sadıqovun verdiyi məlumata görə, oktyabrın 5-dən yığma təlim-məşqlərə başlayacaq.



Bir müddət əvvəl komandadan kənarda qalan Emin Ağayev yenidən milliyə cəlb olunub. Yeni oyunçular sırasında isə Ruslan Poladovun adı var.



- Sentyabrın 30-da Xorvatiyada cüdo üzrə Avropa çempionatının startı verilib. Çempionatda Azərbaycanı 4 nəfər təmsil edir. Onlardan ilk olaraq mübarizəyə Nicat Şıxəlizadə və Ramilə Yusupova qoşulacaq.
XS
SM
MD
LG