Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:36

ANS ÇM-in Şəki filialı yayımını dayandırır


Səs: Real audio
Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli: «ANS razılaşmanı pozub» Oktyabrın 1-dən ANS ÇM radiosunun Şəki filialı fəaliyyətini dayandırır. Şirkətin bu haqda yaydığı məlumatda bildirilir ki, fəaliyyətə başladığı gündən Şəki radiosu rayon İcra Hakimiyyətinin və Milli Teleradio Şurası [MTŞ] rəhbərlərinin təzyiqləri ilə uzləşir. Məlumatda baş verənlər parlament seckisi qabağı Azərbaycanda müstəqil mətbuata təzyiq kimi qiymətləndirilir. Şirkət hüquqlarının bərpası tələbi ilə yerli və beynəlxalq təşkilatlara muraciət edir.



MTŞ-ın sədri Nuşirəvan Məhərrəmli isə "Azadliq" radiosuna acıqlamasında bildirir ki, ANS Şirkətlər Qrupu ANS ÇM radiosunun Şəki, Lənkəran və daha bir neçə bölgədə yayimı ücün tezlik istəyib: «Bu şərait onlar üçün yaradılıb».



Cənab Məhərrəmli deyir ki, həmin tezliklərdə Bakıdan yayımlanan verilişlər efirə buraxılmalıdır. «ANS isə bu razılaşmanı pozur. Şəkidə özəl radio kimi fəaliyyət göstərir» - deyə, o vurğulayır.



N.Məhərrəmli bununla bağlı şuranın müvafiq dövlət strukturlarına muraciət etdiyini və buna görə də verilişlərin dayandırıldığını söyləyir. MTŞ sədri baş verənlərdə heç bir siyasi məqsədin olmadığını deyir.



Şəki Rayon İcra Hakimiyyətindən isə bu məsələylə heç bir münasibət bildirilmədi.
XS
SM
MD
LG