Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:53

Müxalifətə növbəti dəfə xəbərdarlıq edildi


Səs: Real audio
Daxili İşlər Nazirliyinin sözçüsü «əgər hər hansı bir qanunsuzluğa cəhd edilərsə, bunun qarşısı alınacaq» deyir «Azadlıq» seçki blokuna oktyabrın 1-ə planlaşdırdığı icazəsiz yürüş-mitinqlə bağlı növbəti dəfə xəbərdarlıq edildi. Bu, sentyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Bakı Şəhər prokurorunun birinci müavini Hafiz Babayev və həmin qurumun əməkdaşı Pənah Abbasov ilə blokun nümayəndləri arasında keçirilən görüşdə baş verib.



Blokun Mitinq Komitəsinin Müsavat Partiyasından olan üzvü, görüşdə iştirak etmiş Məmməd Zeynalovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, hüquq-mühafizə orqanları onlara aksiyanın meriyanın təklif etdiyi marşrutların birində keçirilməsini bildiriblər. Əks təqdirdə mitinqin qarşısının alınacağını söyləyiblər. Onlar isə öz növbəsində aksiyanı şəhərin mərkəzində keçirməkdə israrlı olduqlarını vurğulayıblar. Nəticədə tərəflər heç bir razılığa gələ bilməyiblər.



Cənab Zeynalov deyir ki, onlar alternativ variant kimi «Nərimanov» kinoteatrının qarşısındakı meydanı təklif etsələr də, rəsmilər bununla bağlı müzakirələrə ehtiyac olduğunu söyləyiblər.



Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, əgər hər hansı bir qanunsuzluğa cəhd edilərsə, bunun qarşısı alınacaq.
XS
SM
MD
LG