Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:25

Gənc kitabsevərlər Moskvada toplaşırlar


Səs: Real audio
Elmira Süleymanova şəxsiyyət vəsiqələrinin verilməməsi ilə bağlı şikayətlərin həll edilməsini istəyir Oktyabrın 3-də Moskvada açılacaq “BibliObraz-2005” beynəlxalq festivalında Azərbaycan da təmsil olunacaq. Festivalın keçirilməsində əsas məqsəd yeniyetmələr və gənclər üçün bədii ədəbiyyatın inkişafina yardım göstərmək, müasir gənclərdə onlara ünvanlanmış kitablara maraq oyatmaqdır. Festivalın gedişində tematik sərgilər, yeni kitab layihələrinin təqdimat mərasimləri keçiriləcək, bədii əsərlər əsasında hazırlanmış tamaşalar göstəriləcək, müsabiqə və viktorinalar olacaq.



Gənc kitabsevərlər Azərbaycanın tanınmış yazıçıları – Alla Axundova və Çingiz Abdullayev ilə də görüşəcək, Azərbaycanda kitab nəşrinin yenilikləri ilə tanış olacaqlar. Festivalda gənc yazıçılar – "Pillələr-2" müsabiqəsinin qalibləri də mükafatlandırılacaq.



"Rus dilinin inkişafı mərkəzi"nin təşkilatçılığı ilə keçiriləcək festivalın iştirakçıları arasında Bolqarıstan, Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Fransa, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrin mütəxəssisləri də var.
XS
SM
MD
LG