Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:12
Rubrikalar

«IV Parlament»: Bitərəf namizədlərin radiodebatı


Səs: Real audio
«Azadlıq» seçki blokunun növbəti aksiyası oktyabrın 8-ə təyin edildi «IV Parlament»in namizədləri:



– 38 saylı [Gəncə] Nizami ikinci seçki dairəsindən Çingiz Məmmədov;



- Səbail rayonu 29 saylı seçki dairəsindən Ahmet Ardıç;



- 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Dünyəmin Xəlilov.



- NƏYƏ GÖRƏ DEPUTAT OLMAQ İSTƏYİRSİZ?



Ahmet Ardıç: Bu suala çoxlu cavablarım var. Onlardan bir neçəsini deyim. Birinci, bir iş adamı kimi mən inanıram ki, iş adamları cəmiyyətin inkişafına daha çox maraqlı və fərqli təkliflər verə bilərlər. Bu, daha çox yeni iş yerlərinin açılması və xarici kapitalın Azərbaycana cəlb edilməsi ilə əlaqədar ola bilər.



Dünyəmin Xəlilov: Mən də iş adamıyam və mənim rəhbərlik etdiyim şirkətlər qrupu belə bir qərar verdi ki, ... əlavə iş yerlərinin açılması istiqamətində işlər görmək üçün bu addımı atım. Həm də bir sahibkar kimi istərdim ki, qanunvericiliyə müəyyən dəyişikliklər edilsin. Bunları əsas tutaraq və təbii ki, bu bölgədə yaşayan insanların maddi rifahını yüksəltmək üçün namizədliyimi irəli sürmüşəm.



Çingiz Məmmədov: Mən 2 institut – Moskvada Dağ Mədən İnstitutu və Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirmişəm. Dövlət idarəetməsi üzrə magistraturanı ABŞ-da bitirmişəm. 10 ildir ki, xarici təşkilatlarda humanitar layihələr həyata keçirirəm. Və bu qərara gələrkən mən özüm-özümə sual verdim ki, nə üçün seçkilərə gedirəm. Nə qədər humanitar təşkilatlarda fəaliyyət göstərsək də, ölkənin köklü problemlərini ancaq Azərbaycan hakimiyyəti və onun bir qolu olan Milli Məclis həll edə bilər. Ona görə də qərara gələrkən mən ilk növbədə Azərbaycanın problemlərini gözümün önünə gətirdim və aydın gördüm ki, Milli Məclis Azərbaycanın köklü problemlərini qarşısına qoyub həll etməyənə kimi Azərbaycanın heç bir problemi həll olunmayacaq.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG