Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:27
Rubrikalar

Azərbaycanla Finlandiya arasında ikiqat vergitutma ləğv olundu


Səs: Real audio
«Azadlıq» seçki blokunun növbəti aksiyası oktyabrın 8-ə təyin edildi - Azərbaycan və Finlandiya arasında «İkiqat vergitutmanın ləğvi barədə» saziş bağlanıb. Bununla bağlı sənəd Finlandiya prezidenti Tarya Halonenin Bakıya səfəri çərçivəsində imzalanıb. Prezident İlham Əliyev deyib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial var. Onun fikrincə, Finlandiya kapitalından energetika, su təsərrüfatı, sosial sahəyə investisiya qoyuluşunda istifadə oluna bilər.



- Bakıda səfərdə olan İranın aparıcı şirkətlərinin nümayəndələri də Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırmaq istəyirlər. Onlar Azərbaycanın dövlət rəsmiləri ilə keçirdikləri görüşlərdə konkret layihələr də təklif ediblər. İranın "RAM Comrany" şirkəti ildə 1.2 milyon ton gücə malik sement zavodunun tikintisini təklif edir. Bundan başqa, iranlı sahibkarlar süd emalı zavodu, meyvə şirələri və mineral suların qablaşdırılması üzrə müəssisə, eləcə də dəyirman və dən məhsulları istehsalı üzrə müəssisələr tikmək istəyirlər. Kənd təsərrüfatı maşınları və avadanlıqlarının yığımı və satışı da təklif olunur.



- Sentyabırn 29-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 592, 1 avro 5 540, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG