Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Bir qrup deputatlığa namizəd aclıq aksiyasına başlayır


Səs: Real audio
«Azadlıq» seçki blokunun növbəti aksiyası oktyabrın 8-ə təyin edildi Müsavat, ADP və AXCP-nin birləşdiyi «Azadlıq» seçki blokundan deputatlığa namizədliyi irəli sürülmüş bir qrup şəxs aclıq aksiyasına başlayır.



Bu haqda blokun sentyabrın 29-da keçirilən toplantısında qərar qəbul olunub.



AXCP sədri Əli Kərimli bildirir ki, qurumun sədrlər şurası oktyabrın 1-ə planlaşdırılan yürüş-mitinqi metronun «28 May» stansiyanın yaxınlığında keçirməkdə israrlıdır.



Cənab Kərimli növbəti aksiyanın oktyabrın 8-ə təyin olunduğunu da sözlərinə əlavə edir: «Hökumət müxalifətin öz istəyinə uyğun yerlərdə aksiya keçirməsinə icazə verməsə, hər həftə göstərilən məkanda mitinq təşkil ediləcək».
XS
SM
MD
LG