Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:37

Azərbaycanlıları Moskva milisinə hücumda təqsirləndirirlər


Səs: Real audio
Vəkillər müdafiə etdikləri şəxslərlə bağlı heç bir istintaq hərəkətinin aparılmamasından narahatdırlar Bugünkü "Qlobus"un qonaqları:



- Almaniyada yaşayan Azərbaycan pianoçusu Elvina Zeynalova;



- Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyev;



- və Kanadadan "Bakinets" Azərbaycan Cəmiyyətinin sədri Adil Qurbanov.



İlk qonağımız pianoçu Elvina Zeynalova Almaniyanın Frayberq şəhərində yaşayır. Elvina xanım 10 il əvvəl o vaxt Almaniyada çalışan həyat yoldaşının yanına gəlib və onu Orta Saksoniyanın teatr və filarmoniyasına işləməyə dəvət ediblər.



Hazırda Elvina xanım Almaniyanın müxtəlif şəhərlərində kontraktla konsertlər verir. O deyir ki, Almaniyada əcnəbi olan sənət adamları bir çox problemlərlə üzləşirlər, amma onun özünün bir pianoçu kimi bu ölkədə problemi olmayıb. Problemlər daha çox başqa sahələrdə olub.



- Sentyabrın 16-da Moskvanın "Dmitrov" bazarında milis işçiləri ilə həmin bazarda işləyən azərbaycanlılar arasında münaqişə baş verib. Hadisə ilə əlaqədar hazırda dörd azərbaycanlı həbsdədir. Onlar milis işçilərinə hücum etməkdə təqsirli bilinir.



Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyev deyir ki, Konqresin vəkilləri həbsdə olan dörd azərbaycanlının məhkəmə prosesində iştirak edirlər.



- Bugünkü "Qlobus"un axırıncı qonağı Kanadanın Monreal şəhərindən "Bakinets" cəmiyyətinin sədri Adil Qurbanovdur. O, 1997-ci ildə Kanadaya gəlib. Hazırda öz ixtisası üzrə mühəndis kimi çalışır. 2000-ci ildə Monrealda vaxtilə Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrini birləşdirən "Bakinets" cəmiyyəti yaranıb.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG