Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:58

Ruslan Bəşirlinin vəkili onun saxlanma şəraitinin ağır olduğunu bildirir


Səs: Real audio
Vəkillər müdafiə etdikləri şəxslərlə bağlı heç bir istintaq hərəkətinin aparılmamasından narahatdırlar «Yeni Fikir» Gənclər Təşkilatının (GT) sədri və iki müavinin işi ilə bağlı heç bir istintaq hərəkətləri aparılmır.



Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinərək həbs edilən təşkilatın sədri Ruslan Bəşirlinin vəkili Osman Kazımov sentyabrın 28-də keçirilən mətbuat konfransında belə dedi.



Vəkil bildirir ki, cənab Bəşirlinin işi ilə bağlı saxlanan gürcüstanlı iş adamı Merabi Cibutiya hələ də onunla üzləşdirilməyib.



Ruslan Bəşirli ilə ötən şənbə görüşdüyünü deyən digər vəkil Elçin Qəmbərovsa onun vəziyyətinin qənaətbəxş olmadığını vurğulayır. O, bildirir ki, müdafiə etdiyi şəxsə mətbuatla tanış olmaq imkanı verilmir, onun saxlanma şəraiti ağırdır.



«Yeni Fikir» GT sədrinin müavini Ramin Tağıyevin işində də heç bir irəliləyiş yoxdur.



Bunu isə onun vəkili Mübariz Qarayev söyləyir. O, işlə bağlı istintaq hərəkətlərinin aparılmamasından narahatdır.



Təşkilatın digər sədr müavini Səid Nuriyev isə müalicəsinin başa çatmasına baxmayaraq hələ də 1 Saylı Şəhər Klinik Xəstəxanasında polis nəzarəti altında saxlanılır. Vəkil Yavər Hüseyn deyir ki, cənab Nuriyev yaranmış vəziyyətlə bağlı iki gün qida qəbulundan imtina edib: «Bu isə onun səhhətini daha da pisləşdirir».



Sözügedən xəstəxananın baş həkimi Azad Hacıyevsə deyir ki, xəstənin vəziyyəti qənaətbəxşdir və o, qida qəbulundan imtina etməyib.



Vəkillərin söylədiklərinə Baş Prokurorluqdan hər hansı münasibət öyrənmək mümkün olmadı.



«Yeni Fikir» GT ətrafında hadisələr bu ilin avqustunda qurumun rəhbəri Ruslan Bəşirlinin həbsindən sonra başlayıb. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG