Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:41
Rubrikalar

BTC-nin Gürcüstan hissəsinin açılışı oktyabrın 12-də olacaq


Səs: Real audio
O, məhkəmənin haqqında çıxardığı həbs qəti-imkan tədbirinə tabe olmaq fikirində olmadığını deyir - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin açılış mərasimi oktyabrın 12-də olacaq. Bu məlumatı Gürcüstan prezidenti Mixail Saakaşvili açıqlayıb. Onun bildirdiyinə görə, mərasimdə Türkiyə və Azərbaycan prezidentləri də iştirak edəcək. Bu ilin sonuna qədər kəmərin istifadəyə verilməsi və neft dolu ilk tankerin Ceyhan limanından yola salınması nəzərdə tutulub.



- Milli Bank ölkədə manat qıtlığının qarşısının alınması üçün manat əskinaslarını çap edən Britaniyanın "De La Rue" şirkətiylə razılıq əldə edib. Bu razılığa əsasən, yeni manat əskinaslarının oktyabrın 15-də Azərbaycana gətirilməli olan partiyası ölkəyə 2 həftə əvvəl çatdırılacaq.



- Sosial sığorta şəhadətnamələrinin ilk partiyası artıq Azərbaycana gətirilib və yaxın vaxtlarda onların paylanmasına başlanacaq. Türkiyədə çap olunan bu şəhadətnamələr işləyən vətəndaşlara veriləcək.



Gələn ildən tətbiq olunan yeni pensiya sisteminə görə, hər bir vətəndaşın öz sosial sığorta hesabı və şəhadətnaməsi olacaq, beləliklə də gələcəkdə həmin vətəndaşın nə qədər pensiya alması onun özünün və işlədiyi müəssisənin həmin hesaba köçürəcəyi ödənişin məbləğindən asılı olacaq.



- Sentyabrın 28-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 592, 1 avro 5 520, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG