Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:06

Meriya «Azadlıq» blokuna şəhərin kənarını təklif etdi


Səs: Real audio
Blokun Mitinq Komitəsinin üzvü Məmməd Zeynalov: «Biz bununla razı deyilik və aksiyanı şəhərin mərkəzində keçirəcəyik» Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) AXCP, Müsavat və ADP-ni birləşdirən «Azadlıq» seçki blokunun növbəti yürüş-mitinqilə bağlı müraciətinə cavab verib. Blokun Mitinq Komitəsinin üzvü Məmməd Zeynalov meriyanın onlara mərkəzdən uzaq bir yeri - Nobel prospektindəki Fəhlə heykəli olan kiçik meydanı təklif etdiyini deyir: «Biz bununla razı deyilik və aksiyanı şəhərin mərkəzində keçirəcəyik».



Cənab Zeynalov eyni zamanda sentyabrın 29-da iqtidar və müxalifət danışıqlarında kompromisin əldə ediləcəyinə ümid edir. Həmin gün ATƏT-in Bakı Ofisinin təşkil etdiyi danışıqlara Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsinin təmsilçiləri də qatılacaqlar.



Qurumun əməkdaşı Ülvi Axundlu həmin təşkilatlara dəvət göndərildiyini deyir.



Müxalifətin yürüş-mitinqlərinin marşrutu üzrə aparılan danışıqlar sentyabrın 25-də başlanıb, bir gün sonra nəticəsiz başa çatıb. Danışıqlarda iqtidarı prezidentin İcra Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov, YAP-ın İcra Katibi Əli Əhmədov, müxalifəti isə «Azadlıq» blokunun nümayəndələri təmsil edir.
XS
SM
MD
LG