Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02

Elçin Quliyev: «Seçkiqabağı sərhədlər gücləndiriləcək»


Səs: Real audio
GUAM ölkələri sərhəd qurumlarının rəhbərləri Bakıda toplaşıb Azərbaycanla Gürcüstan arasında mübahisəli ərazilər yox, hələlik razılaşdırılmamış sahələr var.



Bunu sentyabrın 28-də Gürcüstanın Dövlət Sərhəd Departamentinin rəhbəri Badri Biçadze GUAM ölkələri sərhəd qurumları rəhbərlərinin Bakıda keçirilən iclasından sonra mətbuat konfransında dedi: «Bununla bağlı dövlət komissiyası işləyir».



Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev isə seçkiqabağı dövlət sərhədlərinin güclü mühafizə olunduğunu bildirdi: «Bütün sərhədlər boyu hərbi hissələr və məntəqələr gücləndirilmiş mühafizəyə keçiriləcək, xüsusi rejim tətbiq olunacaq».



GUAM ölkələri – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın sərhəd qurumları rəhbərlərinin Bakıda keçirilən iclasında terrorçuluq, separatçılıq, silah və narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə məsələləri müzakirə olunub.



Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsinin təşkili, buraxılış məntəqələri üzrə qanunların təhlili və bir-birinə uyğunlaşdırılması məsələlərinin isə 2006-cı ildə Ukraynada keçiriləcək konfransda müzakirəyə çıxarılması qərara alınıb.
XS
SM
MD
LG