Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:27

DİN «Sərhədsiz Reportyorlar»ın bəyanatına cavab verdi


Səs: Real audio
Ehsan Zahidov jurnalistlər daxil olmaqla bütün Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunduğunu deyir «Sərhədsiz Reportyorlar» Təşkilatının bəyanat verib-verməməsindən asılı olmayaraq Daxili İşlər naziri Ramil Usubov Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin keşiyində durur».



Bunu «Azadlıq» radiosuna sözügedən nazirliyin Məbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov «Sərhədsiz Reportyorlar»ın sentyabrın 27-də yaydığı bəyanatına cavab olaraq deyir.



Təşkilat cənab Usubovu parlament seçkisi ərəfəsində jurnalistləri qorumaq üçün əlindən gələni etməyə çağırmışdı. Qurumun bu bəyanatı verməsinə səbəb sentyabrın 25-də müxalifətin icazəsiz aksiyası zamanı dörd jurnalistin polisin təzyiqinə məruz qalması olub.



Ehsan Zahidov isə jurnalistlər daxil olmaqla bütün Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunduğunu deyir. O, bu il mayın 21-də müxalifətin yürüş-mitinqi zamanı «Zerkalo» qəzetinin əməkdaşı Fərid Teymurxanlıya fiziki təzyiq göstərmiş polis əməkdaşının işdən azad edildiyini xatırladır.



«Sərhədsiz Reportyorlar» Təşkilatının son bəyanatında deyilir ki, parlament seçkisi qabağı Azərbaycanda xüsusilə jurnalistlər üçün təhlükəli mühit davam edir: «Məlumat əldə etmək getdikcə daha da çətinləşir və jurnalistlər real risksiz işləyə bilmirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG