Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:39

«Sıfırları silmək» qorxusu…


Səs: Real audio
Hadisə Dairə Seçki Komissiyası sədrinin gözü qarşısında baş verib "Alıcılar köhnə pula üstünlük verəcəklər"



Gələn ildən Azərbaycan yeni manata keçir. Köhnə və təzə pullar bir il paralel işlənəcək. Ancaq denominasiyanın ilk mərhələsi artıq oktyabrın 1-dən başlanır, malların qiyməti həm köhnə, həm də təzə manatla göstəriləcək.



Bakıda, ticarət mərkəzlərindən birində satıcılardan çoxunun əlində yeni və köhnə manat arasındakı fərqi əks etdirən siyahı gördüm. Satıcılar denominasiyanın – puldan sıfırların silinməsi prosesinin onlar üçün elə də çətinlik törətmədiyini desələr də, fikrini soruşduğum bir neçə Bakı sakininin bu məsələyə münasibəti fərqlidir. Onlar arasında denominasiyadan bixəbər olanlar da var, bu məsələni incəliklərinə qədər izah edənlər də.



Artıq bir neçə günə – oktyabrın 1-dən Azərbaycanda malların və xidmətlərin satış qiyməti köhnə və yeni manatla göstəriləcək. Bu zaman 1 yeni manat köhnə 5 000 manata bərabər olacaq. Bir müddət əvvəl Milli Bankın denominasiyayla bağlı yaydığı məlumatda deyilir ki, yeni qiymətlər hesablanarkən qəpiyin kəsr hissəsi əmələ gəldikdə, tam qəpiyədək yuvarlaqlaşdırılmalıdır. Məsələn, əgər hər hansı malın, ya da xidmətin qiyməti 53.4 qəpikdirsə bu zaman qiymət 53 qəpik kimi, yaxud 53.6 qəpikdirsə 54 qəpik kimi göstərilməlidir.



İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Samir Əliyev denominasiyanın yaradacağı problemlər sırasında mühasibat proqramlarıyla bağlı məqamı qabardır. Bu zaman həmin proqramları yenidən, yeni qiymətlərə uyğun hazırlamaq lazım gələcək. Qiymətlərin yuvarlaqlaşdırılması məsələsinə gəlincə, Samir Əliyev iş adamlarının əksəriyyətinin malın qiymətini öz xeyrinə yuvarlaqlaşdırmaya daha çox meylli olduğunu deyir.



Onun fikrincə, belə olan halda alıcılar köhnə pulla mal almağın yeni pulla almaqdan daha ucuz başa gəldiyini görüb köhnə pula üstünlük verəcəklər, bu da texniki inflyasiya yaradacaq.



Milli Məclisin iqtisadi siyasət komissiyasının sədr müavini Əli Əlirzayev isə əmtəəyə uyğun pul vahidləri buraxılacağını deyir. Yəni hər bir malın qiymətinə uyğun pul olacaq. Əks halda, millət vəkili tədrici inflyasiyanın qaçılmaz olduğunu bildirir:



"O vaxt, 1961-ci ildə keçmiş SSRİ-də həmin proses baş verdi, pulları dəyişdilər, onda bir sıfır artırmışdılar. Bunun nəticəsində sonra müəyyən bir inflyasiya baş verdi. Yəni taksi daha qəpiklə işləmirdi, manatla işləyirdi... Azərbaycanda da belə bir milli xüsusiyyət var: bəzən xırda pulları geri almırlar".

Günün bütün mövzuları

XS
SM
MD
LG