Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:46

Seçici siyahılarının dəqiqləşdirilməsi vaxtının uzadılması istənilir


Səs: Real audio
Hadisə Dairə Seçki Komissiyası sədrinin gözü qarşısında baş verib «Azadlıq» seçki bloku seçici siyahılarının dəqiqləşdirilməsi üçün oktyabrın 1-ə qədər ayrılan vaxtın uzadılmasını istəyir.



Bunu AXCP sədri Əli Kərimli deyir. O, blokun tezliklə bu məqsədlə Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyini bildirir.



Cənab Kərimli deyir ki, «Azadlıq» blokunun Seçki Qərargahının apardığı araşdırmalar nəticəsində məlum olub ki, seçici siyahılarında çox ciddi yanlışlıqlar var: «Bu səhvlər seçkini saxtalaşdırmaq üçün edilib. Ona görə də blok seçki gününə qədər siyahıların dəqiqləşdirilməsi üçün imkan yaradılmasını tələb edir».
XS
SM
MD
LG