Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:12
Rubrikalar

Qılıncoynadanlar 4 medalla döndülər


Səs: Real audio
Hadisə Dairə Seçki Komissiyası sədrinin gözü qarşısında baş verib - Sentyabrın 27-də futbol üzrə qadınlar arasında Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına start verilib. Qitəni təmsil edən 40 komanda 10 qrupda [hərəsində 4 yığma] mübarizəyə qoşulacaq. Turnirdə Azərbaycan yığma komandası da iştirak edir. Mərhələ yarışlarında Azərbaycanın qadın futbolçuları Polşa, Çexiya və Sloveniyadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.



- Pauerliftinq üzrə Azərbaycan çempionatı sona çatıb. 100-ə yaxın atlet arasında 12 nəfər müxtəlif çəki dərəcələrində birinciliyin qalibi olub. Onlar gələn ay Almaniyada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.



- Türkiyədə qılıncoynatma üzrə beynəlxalq turnir sona çatıb. 110-dən artıq idmançının iştiak etdiyi turnirdə Azərbaycan 6 nəfərlə təmsil olunub. Komandanın baş məşqçisi Yaşar Məmmədov:



«Oğlanlardan Rəhim Əmirov gümüş, qızlardan isə Aida Ələsgərova gümüş, Səbinə Əmrahzadə və Sevil Bünyatova bürünc medal qazandı. 6 idmançıdan 4-ü kuboklarla dünən axşam Bakıya qayıtdılar».



- Mərakeşdə kikboksinq üzrə dünya çempionaı sona çatıb. Azərbaycan idmançılarından Eduard Məmmədov gümüş, Emil Kərimov isə bürünc medal qazanıb.
XS
SM
MD
LG