Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:19

ATƏT müşahidəçilərinin rəhbəri Geert Arenslə eksklüziv müsahibə


Səs: Real audio
Nazir Azərbaycanın «Minilliyin Çağırış Proqramı»ndan yardım ala bilməməsini ayrı-seçkilik kimi qiymətləndirir "Biz nəyi müşahidə ediriksə, onun hesabatını hazırlayacağıq"



Sual: ATƏT-in müşahidə missiyası artıq ilkin hesabatını təqdim etməyə hazırlaşır. İlk mətbuat konfransında dediyinizdən fərqli olaraq yəqin, indi müşahidələr apara və nəticə çıxara bilmisiz. Ona görə də bilmək maraqlı olardı, seçki öncəsi şəraitlə bağlı müşahidə missiyasının rəyi necədir? Hesabatda nələr öz əksini tapacaq?



Cavab: Mən ilk mətbuat konfransında bu fikri söyləyəndə demək istəyirdim ki, ümumi vəziyyətdən, bir çox məsələlərin detallarından xəbərimiz yoxdur. Amma aradan bir neçə həftə ötüb, biz müşahidələr apara bilmişik. Və bizim müşahidələrimiz bu gün-sabah açıqlanacaq ilkin hesabatda öz əksini tapacaq. Həmin müşahidələrin hamısı haqda danışmaq mənim üçün çətindir.



Son bir neçə gündə mən mitinqlərlə bağlı çoxsaylı danışıqlar aparmışam. Prezidentin 11 may sərəncamında bildirilir ki, səlahiyyətli şəxslər kütləvi aksiyaların keçirilməsinə imkan yaratmalıdırlar. Sənəddə dəqiq bu şəkildə yazılmasa da, hər halda mənası belədir. Düzdür, indiyədək bir sıra mitinqlər keçirilib. Amma bu sahədə problemlər qalmaqdadır. 25 sentyabr mitinqi də bunu göstərdi. Mən son günlər dövlət rəsmiləri ilə danışıqlar aparmışam. Aydınlaşdırmaq istəyirəm ki, bu mitinqlərə icazə hansı prinsiplərlə verilir. Beynəlxalq təcrübədə də belə hallar var ki, şəhərin bəzi yerlərində, xüsusən də nəqliyyatın sıx olduğu yerdə kütləvi aksiya keçirilməsi qadağandır. Mən buna aydınlıq gətirməyə çalışdım. Ancaq eyni zamanda məsələnin başqa bir tərəfi də var ki, namizədlər seçiciləri ilə ünsiyyətdə olmaq, onlarla yaxından görüşmək istəyirlər. Və təbii ki, şəhər mərkəzindən kənarda belə görüşlərin keçirilməsi mümkün deyil.



Düzdür, biz sadəcə, müşahidəçiyik. Biz heç nəyi təşkil etmir, heç nəyə qərar vermirik. Ondan da xəbərimiz var ki, mitinqlərin keçirilməsi ilə bağlı hakimiyyətlə müxalifət arasında danışıqlar aparılır. Bu problemin həll olunub-olunmayacağını bilmirəm. Ancaq ümimlikdə həll oluna biləcək problemdir. Onu da deyim ki, aksiyaların keçirilməsi bizim seçki öncəsi diqqətdə saxladığımız məsələlərdən biridir. Ümid edirəm ki, bu sahədə uğur əldə olunacaq.



Sual: Ancaq dünənki danışıqlar nəticəsiz qaldı. Hakimiyyətlə müxalifət razılığa gələ bilmədilər. Bunlar da hesabatda əksini tapacaqmı?



Cavab: Hesabatın hazırlanması müəyyən vaxt aparır. Ona görə də sənəddə ən son hadisələr kimi ötən həftə baş verənlər öz əksini tapacaq. Orda 25 sentyabr aksiyası haqda heç nə yoxdur. İlkin hesabatımızda mitinqlər istisna olmaqla seçki dövründə ortaya çıxan başqa problemləri göstərəcəyik.



Sual: Bu hansı problemlərdir?



Cavab: Mən indi hesabatda öz əksini tapacaq bütün məsələləri açıqlamaq istəmirəm. Amma onu deməliyəm ki, hesabatda bütün məsələlərə geniş yer ayırmışıq. Misal üçün, biz hakimiyyətdəkilərin çıxışlarının və eləcə də hakim Yeni Azərbaycan partiyasının bu dövrdəki davranışının, onların çıxışlarının, bundan başqa, mətbuatın, İctimai Televiziyanın monitorinqini aparmışıq.



Sual: Bir sıra qeyri-hökumət təşkilatları iddia edirlər ki, namizədlərin təbliğatı ilə bağlı müəyyən problemlər var. Bu haqda sizə də məlumatlar daxil olurmu?



Cavab: Görüşlərin keçirilməsi ilə bağlı problemlərdən xəbərimiz var. Və bu, yalnız paytaxt Bakıda yox, əyalətlərdə də problemə çevrilib. Məsələn, ötən həftə Naxçıvanda oldum. Muxtar Respublikanın ən səlahiyyətli şəxsləri ilə danışıqlarda bu haqda

Günün bütün mövzuları

XS
SM
MD
LG